Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Onkoloji yardım haqqında”, “Sosial xidmət haqqında”, “Mədəniyyət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Məşğulluq haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 23-24, maddə 685; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 451; 1999, № 5, maddə 293; 2001, № 12, maddələr 731, 736; 2004, № 7, maddə 507; 2007, № 5, maddə 401, № 6, maddə 561, № 11, maddə 1078; 2008, № 7, maddə 602; 2019, № 3, maddə 379, № 5, maddə 797, № 8, maddə 1382, 2020, № 7, maddə 826; Azərbaycan Respublikasının 2021-ci il 23 aprel tarixli 302-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 6-cı maddə üzrə:

1.1.1. adından və birinci hissənin 4-cü bəndindən “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara” sözləri çıxarılsın;

1.1.2. birinci hissənin 7-ci bəndinin ikinci cümləsindən “, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğu” sözləri çıxarılsın;

1.1.3. birinci hissənin 18-ci bəndində “, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri” sözləri “və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində” sözləri ilə əvəz edilsin;

1.2. 11-ci maddənin üçüncü hissəsi aşağıdakı redaksiyada verilsin:

“Bu Qanunun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən şəxslərin əlilliyi Çernobıl qəzası nəticəsində əmələ gəldikdə, əlillik müddətsiz müəyyən edilir.”;

1.3. 14-cü maddə üzrə:

1.3.1. adında “Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların” sözləri “Əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;

1.3.2. birinci hissənin birinci abzasından “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların” sözləri çıxarılsın;

1.3.3. birinci hissənin ikinci abzasında “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud uşaqlara” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri ilə əvəz edilsin;

1.3.4. birinci hissənin üçüncü abzasında “II dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud uşaqlara” sözləri “orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri ilə əvəz edilsin;

1.3.5. birinci hissənin dördüncü abzasında “III dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud uşaqlara” sözləri “orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri ilə əvəz edilsin;

1.3.6. üçüncü hissədən “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara” sözləri çıxarılsın.

Maddə 2. “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 6, maddə 413; 2008, № 7, maddə 602; 2014, № 11, maddə 1343; Azərbaycan Respublikasının 2021-ci il 23 aprel tarixli 303-VIQD nömrəli Qanunu) 15-ci maddəsinin üçüncü hissəsində “qanunvericilikdə müəyyən edilən qaydada sağlamlıq imkanlarının məhdudluğu” sözləri “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada əlillik” sözləri ilə əvəz edilsin.

Maddə 3. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 577; 2002, № 5, maddə 240; 2003, № 12 (I kitab), maddə 697; 2007, № 6, maddə 560, № 10, maddə 938; 2008, № 7, maddə 602; 2012, № 4, maddə 281; 2014, № 11, maddə 1372; 2015, № 11, maddə 1272; 2018, № 5, maddə 885, № 11, maddə 1684; 2020, № 7, maddə 828) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 16.5-ci maddədən “, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu” sözləri çıxarılsın;

3.2. 18.0.9-cu və 22.1-ci maddələrdən “, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu” sözləri çıxarılsın.

Maddə 4. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 442; 2008, № 7, maddə 602; 2011, № 2, maddə 71; 2015, № 2, maddə 83; 2017, № 7, maddə 1258; 2019, № 5, maddə 797; 2020, № 6, maddə 664, № 7, maddə 828, № 11, maddə 1335; Azərbaycan Respublikasının 2021-ci il 23 aprel tarixli 303-VIQD nömrəli Qanunu) 10-cu maddəsində “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən” sözləri ilə əvəz edilsin.

Maddə 5. “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 2, maddə 54; 2008, № 7, maddə 602; 2016, № 4, maddə 648; 2020, № 7, maddə 828) 5.1-ci maddəsindən “, o cümlədən 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu” sözləri çıxarılsın.

Maddə 6. “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 562; 2007, № 12, maddə 1218; 2008, № 7, maddə 602; 2020, № 7, maddə 829) 1.0.8-ci maddəsində “əlilliklə, o cümlədən 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu” sözləri “və ya əlilliyin müəyyən edilməsi” sözləri ilə əvəz edilsin.

Maddə 7. “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 563; 2008, № 7, maddə 602; 2016, № 4, maddə 650; 2020, № 7, maddə 829) aşağıdakı dəyişikliklər edilsin:

7.1. 4-cü maddənin birinci cümləsindən “, o cümlədən 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu” sözləri çıxarılsın;

7.2. 9.2-ci maddə üzrə:

7.2.1. birinci cümlədən “, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu” sözləri çıxarılsın;

7.2.2. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:

“İrsi qan xəstəliyi olan şəxslərin əlilliyi onlar 18 yaşına çatanadək müəyyən edildikdə, 18 yaşına çatdıqdan sonra bu şəxslərin əlilliyi müddətsiz müəyyən edilir.”.

Maddə 8. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1005; 2008, № 6, maddə 474, № 7, maddə 602; 2015, № 3, maddə 257; 2018, № 5, maddə 871; 2019, № 3, maddə 380; 2020, № 7, maddələr 829, 840) aşağıdakı dəyişikliklər edilsin:

8.1. 3-cü maddədə “birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa” sözləri ilə əvəz edilsin;

8.2. 9.0.1-ci maddədən “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri çıxarılsın.

Maddə 9. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 76; 2007, № 10, maddə 933; 2008, № 6, maddələr 464, 475; 2013, № 1, maddə 19, № 6, maddə 618, № 11, maddələr 1240, 1306; 2017, № 7, maddə 1278; 2018, № 3, maddə 400, № 5, maddə 869; 2019, № 3, maddə 380, № 12, maddə 1893; 2020, № 7, maddə 829, № 11, maddə 1331, № 12 (I kitab), maddə 1452) aşağıdakı dəyişikliklər edilsin:

9.1. 1.0.2-ci maddədən “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri çıxarılsın və həmin maddədə “sağlamlıq imkanlarının məhdudluğu” sözləri “əlilliyi” sözü ilə əvəz edilsin;

9.2. 4.0.1.3-cü, 9.1.2-ci və 11.1.3-cü maddələrdən “18 yaşından yuxarı əlilliyi olan şəxslərə” sözləri çıxarılsın;

9.3. 4.0.1.4-cü, 7.0.4-cü, 9.1.3-cü və 11.1.4-cü maddələr ləğv edilsin;

9.4. 4.0.1.14-cü, 9.1.11-ci və 11.1.8-ci maddələrdə “sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

9.5. 5.1-ci maddəyə “Bu Qanunun” sözlərindən sonra “5.2-ci maddəsi nəzərə alınmaqla, bu Qanunun” sözləri əlavə edilsin;

9.6. 5.2-ci maddədə “4.0.1.4-cü” sözləri “4.0.1.3-cü” sözləri ilə əvəz edilsin;

9.7. 5.3-cü maddədə “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri ilə əvəz edilsin;

9.8. 7.0.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“7.0.3. əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda;”;

9.9. 7.0.10-4-cü maddədə “0-18 yaş arası sağlamlıq imkanları məhdud” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

9.10. 7.0.11-ci maddədə “sağlamlıq imkanlarının məhdudluğunu” sözləri “əlilliyini” sözü ilə əvəz edilsin;

9.11. 9.1.4.2-ci maddədə “sağlamlıq imkanlarının məhdudluğu” sözləri “əlilliyi” sözü ilə əvəz edilsin;

9.12. 9.2-ci maddədən “, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu” sözləri çıxarılsın.

Maddə 10. “Onkoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 656; 2008, № 7, maddə 602; 2020, № 7, maddə 830, № 12 (I kitab), maddə 1425) 9.2-ci maddəsindən “, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu” sözləri çıxarılsın və həmin maddədə “müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri ilə əvəz edilsin.

 

Maddə 11. “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 3, maddə 191; 2019, № 11, maddə 1685; 2020, № 7, maddə 831) aşağıdakı dəyişikliklər edilsin:

11.1. 7.1.2-ci maddədə “sağlamlıq imkanlarının məhdud” sözləri “əlilliyinin” sözü ilə əvəz edilsin;

11.2. 17.1-ci maddədən “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri çıxarılsın;

11.3. 19.1-ci və 19.2.6-cı maddələrdən “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara” sözləri çıxarılsın.

Maddə 12. “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 2, maddə 78; 2015, № 11, maddə 1282; 2016, № 11, maddə 1751; 2017, № 11, maddə 1967; 2018, № 6, maddə 1175, № 11, maddə 2193; 2019, № 7, maddə 1183; 2020, № 7, maddə 831) 14.2.4-cü maddəsindən “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların” sözləri çıxarılsın.

Maddə 13. “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 4, maddə 360; 2018, № 2, maddə 155; Azərbaycan Respublikasının 2021-ci il 4 may tarixli 312-VIQD nömrəli Qanunu) 3-cü maddəsində “sağlamlıq imkanları məhdudluğunun və” sözləri “əlilliyin,” sözü ilə əvəz edilsin.

Maddə 14. “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1012; 2019, № 6, maddə 986, № 12, maddə 1881; 2020, № 6, maddə 664, № 7, maddələr 831, 851, № 11, maddə 1335) 8.9-cu maddəsinə “müharibəsi” sözündən sonra “və Vətən Müharibəsi” sözləri əlavə edilsin və həmin maddədə “bununla əlaqədar əlilliyi olan” sözləri “müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş” sözləri ilə, “I və II dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

Maddə 15. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1669; 2019, № 1, maddə 35, № 3, maddə 381, № 12, maddə 1892; 2020, № 1, maddə 1, № 5, maddə 521, № 7, maddə 831, № 9, maddə 1136; 2021, № 2, maddə 113) aşağıdakı dəyişikliklər edilsin:

15.1. 1.1.22-ci maddədən “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri çıxarılsın və həmin maddədə “sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

15.2. 5.7-ci və 8.0.4-cü maddələrdə “əlilliyi, o cümlədən, sağlamlıq imkanlarının məhdudluğu” sözləri “, əlilliyi” sözü ilə əvəz edilsin;

15.3. 24.9-cu və 25.5-ci maddələrdə “şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara” sözləri “şəxslərə” sözü ilə əvəz edilsin.

Maddə 16. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1152; 2019, № 5, maddə 799, № 6, maddə 986, № 11, maddə 1685; 2020, № 5, maddələr 508, 514, № 7, maddələr 831, 851, № 11, maddələr 1323, 1335, № 12 (I kitab), maddə 1421; 2021, № 2, maddə 109; Azərbaycan Respublikasının 2021-ci il 4 may tarixli 312-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

16.1. 4.0.23-cü maddədə “o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların” sözləri “eləcə də sağlamlıq imkanları məhdud şəxslərin” sözləri ilə əvəz edilsin;

16.2. 20.7-ci maddədə “o cümlədən” sözləri “habelə” sözü ilə əvəz edilsin;

16.3. 20.8.2-ci maddədən “I, II və III dərəcə” sözləri çıxarılsın;

16.4. 20.8.4-cü maddədə “I dərəcə” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə” sözləri ilə əvəz edilsin.

Maddə 17. Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyun 2021-ci il

17 Avqust 2021 16:39 - QANUNLAR
QANUNLAR

Köhnə versiyamızdan xəbərləri izlə