Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İndoneziya Respublikasının Prezidenti Zati-aliləri cənab Coko Vidodoya

Hörmətli cənab Prezident,

İndoneziya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Azərbaycan-İndoneziya dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir. İnanıram ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin həm ikitərəfli, həm də çoxtərəfli qaydada, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İndoneziya Respublikasına daim əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 avqust 2021-ci il

16 Avqust 2021 15:27 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə