Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avqustun 16-na gözlənilən hava proqnozu

Azərbaycanda avqustun 16-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindənverilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 24-27°, gündüz 33-37° isti, Bakıda gecə 25-27°, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 27-28°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda isə 28-29° isti olacaq.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, avqustun 16-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 34-39° isti, dağlarda gecə 15-20°, gündüz 24-29° isti olacağı ehtimal edilir.

15 Avqust 2021 17:23 - EKOLOGİYA
EKOLOGİYA
26 Oktyabr 2021 | 18:11
Sabahın HAVA PROQNOZU
22 Oktyabr 2021 | 18:10
Sabahın HAVA PROQNOZU
21 Oktyabr 2021 | 18:05
Sabahın HAVA PROQNOZU
21 Oktyabr 2021 | 17:03
Güclü külək əsəcək
19 Oktyabr 2021 | 17:09
Sabahın HAVA PROQNOZU
18 Oktyabr 2021 | 19:04
Xəzərdə zəlzələ olub
18 Oktyabr 2021 | 18:41
Sabahın HAVA PROQNOZU
16 Oktyabr 2021 | 18:15
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə