Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində və “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:

1. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 444; 2006, № 12, maddə 1029; 2007, № 5, maddə 442, № 6, maddə 562, № 8, maddə 756; 2009, № 12, maddə 948; 2010, № 3, maddə 171; 2012, № 7, maddə 643; 2013, № 3, maddə 214; 2014, № 4, maddə 325; 2015, № 1, maddə 1; 2016, № 1, maddə 7; 2017, № 11, maddə 1961; 2018, № 3, maddə 406, № 5, maddə 848; 2019, № 2, maddə 186; 2020, № 7, maddə 839) 2.5-ci maddəsində “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

2. “Dəniz limanları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 464; 2019, № 6, maddə 990; 2020, № 6, maddə 663) 3.1.2-ci maddəsində “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

 

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 iyul 2021-ci il

9 Avqust 2021 14:45 - QANUNLAR
QANUNLAR

Köhnə versiyamızdan xəbərləri izlə