Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ucarda karantin qaydalarını pozan toy sahibləri inzibati qaydada məsuliyyətə cəlb olunublar

Ucarda karantin qaydalarının pozulduğu beş toy məclisi aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Xalq qəzeti"nə verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Bağman, Məlikballı, Təzə Şilyan, Qazıqumlaq və Xələc kəndlərində yerləşən 5 fərdi yaşayış evində keçirilən toy məclislərində pandemiya tələblərinin pozulduğu və normadan artıq qonağın iştirak etdiyi aşkarlanıb.

Məclis sahibləri ilə izahedici söhbətlər aparılıb və yol verdikləri qayda pozuntularına görə onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.

5 Avqust 2021 09:25 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə