Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu gündən Azərbaycana daha 20 ölkədən uçuşlar başlayır

Bu gündən Azərbaycana daha 20 ölkədən uçuşlara icazə verilir.

 "Xalq qəzeti" xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2 avqust 2021-ci il tarixli qərarı ilə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda etdiyi dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, 2021-ci il 5 avqust tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına müvafiq tələblər nəzərə alınmaqla icazə verilir:

- Almaniya Federativ Respublikası;

- Avstriya Respublikası;

- Belçika Krallığı;

- Çexiya Respublikası;

- Danimarka Krallığı;

- İrlandiya Respublikası;

- İspaniya Krallığı;

- İsveç Krallığı;

- İsveçrə Konfederasiyası;

- Kanada;

- Lüksemburq Böyük Hersoqluğ

- Malta Respublikası;

- Niderland Krallığı;

- Polşa Respublikası;

- Portuqaliya Respublikası;

- Serbiya Respublikası;

- Sinqapur Respublikası;

- Sloveniya Respublikası;

- Slovakiya Respublikası;

- Yunanıstan Respublikası.

Həmin ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında icazə verilir. Bu şəxslər Azərbaycan Respublikasını tərk edərkən onlardan COVID-19-a dair PCR testi tələb olunmur.

5 Avqust 2021 09:00 - İQTİSADİYYAT
İQTİSADİYYAT
28 Sentyabr 2021 | 10:12
Neft bahalaşıb
28 Sentyabr 2021 | 09:29
AMB-nin valyuta məzənnələri

Köhnə versiyamızdan xəbərləri izlə