Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə və Rusiya rəsmiləri İdlibdəki vəziyyəti müzakirə ediblər

 

 

Türkiyə Prezidentinin mətbuat xidmətinin rəhbəri İbrahim Kalın və Rusiyanın Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Suriyanın İdlib şəhərində yaranmış gərgin vəziyyətlə bağlı başçılıq etdikləri nümayəndə heyətləri ilə bərabər Ankarada geniş müzakirələr aparıblar. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Xəbərdə sonra deyilir ki, Türkiyə və Rusiya rəsmiləri İdlibdə atəşkəsə əməl olunmasının vacib olduğunu bildiriblər. Onlar hesab edirlər ki, ərazidə baş verən təxribat xarakterli hücumlar yolverilməzdir. İ.Kalın vurğulayıb ki, ter­rorçu PKK terror təşkilatının Suriyadakı törəməsi olan YPG-yə qarşı mübarizə qətiyyətlə davam etdirilməlidir.

Rəsmi Ankara Suriyada siyasi nizamlanma proseslərini sürətləndirmək üçün Konstitusiya Komitəsinin mümkün qədər təşkil olunmasını zəruri hesab edir. Diplomatlar Suriyanın ərazi bütöv­lüyü ilə bağlı məsələdə də yekdil mövqe sərgiləyiblər.

İ.Kalın bildirib ki, Türkiyənin nəzarətində olan ərazilərdə məskunlaşmış suriyalı qaçqınla­rın ağır vəziyyətini yüngülləşdirmək üçün Bab-al-Hava sərhəd keçid məntəqəsinin fəaliyyəti təmin olunma­lıdır. Yeri gəlmişkən, bu barədə BMT-nin Təhlükəsizlik Şurasının müfaviq qətnaməsi mövcudur.

Sonda bildirək ki, Türkiyə və Rusiya 10 ildən artıq davam edən Suriya münaqişəsində rəqib tərəfləri dəstəkləyirlər. İdlib şəhərinin əhalisi Əsəd rejimi və onu dəstəkləyən güclər tərəfindən tez-tez hava hücumlarına məruz qalır.

M.HACIXANLI, “Xalq qəzeti”

5 Avqust 2021 00:24 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
28 Sentyabr 2021 | 01:22
Yeni rekord
28 Sentyabr 2021 | 01:20
Ölkənin ən iri kompaniyaları
28 Sentyabr 2021 | 01:20
“Ford”da nasazlıq aşkarlanıb
28 Sentyabr 2021 | 01:19
Kilsə məscidə çevrildi
28 Sentyabr 2021 | 01:17
Ufada terrorçular saxlanılıb

Köhnə versiyamızdan xəbərləri izlə