Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Su İdmanı sarayı” MMC AÇIQ TENDER ELAN EDİR

“Su İdmanı Sarayı” MMC

hovuz suyunun tərkibini nizamlamaq üçün kimyəvi maddələrin- sulfat turşusunun (h₂so₄ 25 % - lik), duz - tabletin (mazirsol) və xlorun (11 % - 13 %) satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

 

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www. etender.gov.az/ vahid internet portalı­na (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olma­lıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı 130 manatdır.

Əlaqələndirici şəxs- Rauf Xəlilov, telefon- (+99412) 491-91-91.

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

“Su İdmanı sarayı” MMC

Bank rekvizitləri:

VÖEN- 1701859441

Hh-AZ58PAHA 38090AZNHC0290048918

“PAŞA Bank” ASC

VÖEN-1700767721

Kod- 505141

M/h- AZ82NABZ 01350100000000071944

S.W.İ.F.T- PAHAAZ22

İddiaçılar tenderdə iştirak üçün aşa­ğıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün müraciət;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müva­fiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçılar tenderlə bağlı sualları por­tal vasitəsilə satın alan təşkilata ünvan­laya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 31 avqust 2021-ci il saat 11.00-a və ten­der təklifi ilə bank təminatı sənədlərini isə 8 sentyabr 2021-ci il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 9 sentyabr 2021-ci il saat 11.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prose­durlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

Tender komissiyası

5 Avqust 2021 00:00 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə