Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycana qarşı “Pallone” kampaniyası ABŞ-ın xarici siyasət maraqlarına ciddi ziyan vurur

 

Amerikalı ekspert Piter Teys bildirib ki, Azərbaycana qarşı “Pallone” kampaniyası ABŞ-ın xarici siyasət maraqlarına ciddi ziyan vurur. Bu düzəliş həqiqətən Amerikanın de­mokratik standartlarına zərbədir və Vaşinqtonun imicini bütün dünyada pozur.

Ekspert qeyd edib ki, ABŞ Konqre­sinin Nümayəndələr Palatası “Pallone” düzəlişini təsdiq etməklə son otuz ildə ən böyük səhvlərdən birini etdi, Konqres üzvləri yenə də qarışıqlıq alovunu yandıran erməni təbliğatının və dezinformasi­ya kampaniyasının qurbanı oldular: “Bu qanun layihəsini qəbul etməklə ABŞ Konqresi erməni avtokratik liderlərinə öz həmvətənlərini soymağa davam etmələri və İrəvan rəhbərliyinin himayəsi altında narkotik və silah ticarətinin çiçəklənməsini təşviq etmələri, xaosun səviyyəsini artırmala­rı və daha da inkişaf etdirmələri üçün yaşıl işıq yandırdı.

ABŞ Konqresinin Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasındakı mövcud ikitərəfli münasibətlərə dair müstəqil bir araşdırma aparmadığını, Konqres üzvlərinin xa­osun, qarışıqlığın lehinə səs verdiyini və beynəlxalq qanun­ların pozulmasını dəstəklədiyini görmək çox dəhşətlidir.

Bu gün biz görürük ki, Vaşinqton Qafqaz bölgəsindən tamamilə uzaqdır və erməni lobbiçiləri Azərbaycan hökumətinə qarşı çirkin qaralama kampaniyasını davam etdirmək üçün Pallone kimi müxtəlif konqresmenlərə mil­yonlarla dollar sərf edirlər. ABŞ Nümayəndələr Palatası bir daha erməni diasporunun əsiri olduğunu sübut etdi, bu isə Amerikanın əfsanəvi demokratik institutlarını ləkələyir”.

“Xalq qəzeti”

5 Avqust 2021 00:26 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə