Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

USAID-in dəstəyi ilə Qaxın Qaradolaq kəndinin əhalisinin texniki su təminatı yaxşılaşdırılıb

 

Azərbaycan hökuməti, ABŞ-ın Beynəlxalq İnkişaf Agentli­yi (USAID) və yerli icma arasında əməkdaşlıq çərçivəsində Qax rayonu­nun Qaradolaq kəndində “Texniki su təminatının yax­şılaşdırılması” layihəsinin icrası uğurla başa çatıb. USAID-in ölkəmizdə həyata keçirdiyi “Sosial-İqtisadi İnkişaf Fəaliyyəti” (SEDA) proqramı çərçivəsində kəndə yeni su xətti çəkilib, 40-dək ailənin texniki su ilə təminatı daha da yaxşılaş­dırılıb.

AZƏRTAC-ın bölgə müx­biri xəbər verir ki, layihənin icrasının başa çatması münasibətilə avqustun 4-də Qaradolaq kəndində mərasim keçirilib. Tədbirdə ABŞ-ın ölkəmizdəki səfiri Li Litzen­berqer, rayon rəhbərliyi, USAID-in nümayəndələri və kənd icmasının üzvləri iştirak ediblər.

Tədbirdə Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, ölkəmizdə, eləcə də rayonda həyata keçirilən quruculuq işlərindən, yeni infrastruk­tur layihələrindən danışıb. Diqqətə çatdırılıb ki, müxtəlif təşkilatların və yerli icmaların birgə tərəfdaşlığı çərçivəsində indiyədək rayonda sosial obyektlərin tikintisi, təmiri, yol infrastrukturu ilə bağlı 46 layihə həyata keçirilib. O cümlədən, SEDA proqramı çərçivəsində Qax rayonunda 8 layihənin icrasına başla­nılıb və onlardan 6-sı artıq yekunlaşıb.

Tədbirdə ABŞ-ın ölkəmizdəki səfiri Li Litzen­berqer çıxış edərək deyib: “Qaradolaq kənd icmasında yeni su xəttinin açılışında iştirak etməkdən çox şa­dam. Bu layihə kənd icma üzvləri tərəfindən seçilib, yerli hökumət tərəfindən dəstəklənib və əməkdaşlıq şəraitində həyata keçi­rilib. Bu uğurlu layihədə tərəfdaşlarımız olan İqtisa­diyyat Nazirliyinə, rayon icra hakimiyyəti və yerli bələdiyyə orqanına göstərdikləri hərtərəfli dəstəyə görə, həmçinin icma ilə birlikdə işləyərək bu layihəni uğur­la başa vuran Şərq-Qərb İdarəetmə İnstitutuna təşəkkür edirəm. Su həyat deməkdir. Qaradolaq kimi ucqar kəndlər və onların sakinləri üçün su təkcə həyat deyil, həm də iş yerləri deməkdir. Böyük fəxarət hissi ilə bu layihədə əməyi olan hər kəsə təşəkkürü edirəm. Çünki bu layihə həm sakinlərin həyat şəraitini yaxşılaşdıra­caq, həm də, ən önəmlisi, iqtisadi inkişafa gətirib çıxa­racaq”.

Çıxışlardan sonra tədbir iştirakçıları layihə çərçivəsində görülən işlərlə tanış olublar.

Məlumat verilib ki, mövcud subartezian quyusundan kəndə müxtəlif diametrli polietilen borularla 3690 metr uzunluğunda boru xətti çəkilib, kəndin içərisində 2 ədəd 10 tonluq su çənləri qoyulub. Layihədən kəndin 200 nəfərədək sakini yararla­nacaq.

5 Avqust 2021 00:10 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə