Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda böyrək daşı xəstəliyinin daha çox yayıldığı bölgələr açıqlanıb

“Böyrək xəstəliyi Azərbaycan üçün endemik xəstəlikdir, hazırda müxtəlif bölgələrdə böyrəklərdə daş yaranma riski var. Böyrək daşı xəstəliklərə daha çox şimal və şimal-qərb regionlarına rast gəlinir”.

"Xalq qəzeti" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsindəki canlı yayımda Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov bildirib.

Onun sözlərinə görə, Şamaxı-İsmayıllı zonasında bu risk 2,1-2,3 faiz arasındadır: “Bu risk Şəki-Zaqatalada 0,7 faiz, Xaçmaz-Siyəzəndə 1,7 faizdir”.

Mütəxəssis deyib ki, böyrək daşı xəstəlikləri daha çox qadınlarda olur: “Böyrək şikayəti ilə gələn hər 100 xəstədən 13-ü böyrək daşı xəstəliyindən əziyyət çəkir. Hər ay bir daşı əritmək istəyiriksə, maksimum 1 sm-ə qədər ərimək ehtimalı var. Böyrək daşı olanlarda 5 ildə 50 faiz xəstədə təkrar daş yaranır”.

4 Avqust 2021 16:25 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə