Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət qulluğuna qəbul edilərkən elmlər doktorlarından sertifikat tələb olunmayacaq

İnzibati dövlət qulluğu vəzifəsinin tutulması üçün müəyyən edilmiş təhsil tələbi üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər, müvafiq vəzifələrdə (Nazirlər Kabineti tərəfindən təsdiq edilən) azı 10 il iş stajı olan şəxslər inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən müsabiqənin yalnız müsahibə mərhələsində və ya ümumi müsahibədə iştirak edəcəklər. Həmin şəxslərdən sertifikat tələb edilməyəcək.

Dövlət İmtahan Mərkəzindən "Xalq qəzeti"nə bildirilib ki, bu, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklərdə əksini tapıb.

Qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, dövlət qulluğunun xüsusi növündə qulluq illəri dövlət qulluğu stajına və dövlət qulluğunda qulluq müddəti dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Bununla da xüsusi növdə qulluq dövlət qulluğu stajı hesablanarkən və pensiya təyin edilərkən nəzərə alınacaq.

4 Avqust 2021 15:56 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə