Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ceyhun Bayramovla Yaponiyanın xarici işlər naziri arasında telefon danışığı olub

Avqustun 4-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Yaponiyanın xarici işlər naziri Motegi Toshimitsu arasında telefon danışığı baş tutub.

XİN-dən "Xalq qəzeti"nə verilən məlumata görə, nazirlər ikitərəfli əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər.

Nazir Ceyhun Bayramov, hazırkı çətin vəziyyətdə “Tokio-2020” Yay Olimpiya Oyunlarının yüksək səviyyədə təşkili münasibətilə yapon həmkarını təbrik edib. Tərəflər, növbəti il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunmasını vurğulayaraq, bu xüsusda fikir mübadiləsi aparıblar.

Nazirlər, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanlarını geniş müzakirə ediblər. Ceyhun Bayramov, yapon həmkarına işğaldan azad olunmuş ərazilərdə post münaqişə dövründə aparılan bərpa və quruculuq işləri və xarici ölkələrin, o cümlədən yapon investorların bu prosesdə iştirakı imkanları barədə ətraflı məlumat verib.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

4 Avqust 2021 15:29 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə