Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

MN: Azərbaycandan Ermənistan ərazisinə PUA göndərilməsi barədə məlumatlar dezinformasiya xarakteri daşıyır

Azərbaycan Ordusuna məxsus pilotsuz uçuş aparatının guya Ermənistan ərazisinə keçməsinin qarşısını alınması barədə yayılan məlumat qarşı tərəfin növbəti yalanıdır və dezinformasiya xarakteri daşıyır.

Bu barədə "Xalq qəzeti"nə Müdafiə Nazirliyindən bildirilib.

MN-in məlumatında qeyd olunub ki, həmin istiqamətdə pilotsuz uçuş aparatları havaya qaldırılmayıb və istifadə olunmayıb: "Belə məlumatlar yaymaqla Ermənistan tərəfi mövqelərimizi atəşə tutmaq kimi təxribatlarını ört-basdır etməyə və ictimaiyyəti aldatmağa çalışır. Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır".

4 Avqust 2021 14:58 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə