Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN əməliyyat görüntüləri yayıb - VİDEO

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

"Xalq qəzeti" FHN-in saytına istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 86 yanğına çıxış və 9 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 13 nəfər xilas edilib.

Həmçinin, Astara şəhərində fəaliyyət göstərməyən birmərtəbəli inzibati binada baş vermiş yanğın söndürüldükdən sonra yanğın yerinin kəşfiyyatı zamanı 1936-cı il təvəllüdlü Əsgərova Sudiyə Ələsgər qızının meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

4 Avqust 2021 14:56 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
29 Sentyabr 2021 | 00:18
Qəhrəmanlar unudulmur
29 Sentyabr 2021 | 00:16
Lənkəranda silsilə tədbirlər

Köhnə versiyamızdan xəbərləri izlə