Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mətbuat Şurasında jurnalistlərin növbəti vaksinasiyası keçiriləcək

Avqustun 5-də Azərbaycan Mətbuat Şurasında jurnalistlərin “COVID-19” infeksiyası əleyhinə növbəti vaksinasiyası keçiriləcək.

Şuradan "Xalq qəzeti"nə verilən məlumata görə, bununla bağlı Azərbaycan Mətbuat Şurası ilə TƏBİB arasında razılığa gəlinib. Bu il iyunun 29-da peyvəndin birinci dozası tətbiq edilmiş jurnalistlərə sabah ikinci doza tətbiq ediləcək. Eyni zamanda, ümumən vaksinasiyadan keçməmiş digər jurnalistlər də aksiyada iştirak edə bilərlər.

Azərbaycan Mətbuat Şurası jurnalistlərdən və kütləvi informasiya vasitələrinin rəhbərlərindən bunu nəzərə almağı xahiş edib.

4 Avqust 2021 14:05 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə