Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramı üzrə 264 nəfər işlə təmin edilib

Mühüm bir hissəsi şəhid ailəsi üzvləri və qazilər, əlilliyi olanlardır.

Dövlət Məşğulluq Agentliyi tərəfindən sosial iş yerlərində əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramı çərçivəsində sosial cəhətdən həssas qruplardan olan 826 şəxsə münasib iş yerlərinə göndəriş verilib.

Onlardan mühüm bir hissəsi şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, əlilliyi olanlardır. Göndəriş verilən şəxslərdən artıq 264 nəfəri ilə işəgötürənlər arasında əmək müqaviləsi bağlanıb və onlar işə başlayıblar. Hazırda digərləri ilə də əmək müqavilələrinin bağlanması prosesi davam edir.  

Proqramda iştirak üçün bu günədək 114 işəgötürən ilə müqavilə imzalanıb və göndəriş verilən şəxslər də həmin işəgötürənlərə aid müəssisələrdə işlə təmin olunurlar. 

“Məşğulluq” altsisteminə vakansiyalar  yerləşdirən, müəyyən edilmiş prioritet iqtisadi sahələr üzrə vakansiyası olan işəgötürənlər proqrama https://forms.gle/2kkhuMqDUHUuSjtB6 linkinə daxil olaraq müraciət edə bilərlər. Bu proqram əsasında göndəriş verilmiş və işəgötürənlər tərəfindən işlə təmin edilən şəxslərin əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir. 

 

4 Avqust 2021 14:11 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə