Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tokio-2020: Azərbaycan boksçusu mükafatlandırılıb

Azərbaycan millisinin boksçusu Alfonso Dominqesin mübarizə apardığı çəki dərəcəsində çempionun adı bəlli olub.

 "Xalq qəzeti" xəbər verir ki, 81 kq çəki dərəcəsində qalib adına kubalı Arlen Lopes yiyələnib.

Yarımfinalda Dominqesə qalib gələn boksçu finalda böyük britaniyalı Benjamin Uittakeri 4:1 hesabı ilə məğlub edib. O, bununla da ardıcıl ikinci dəfə Olimpiya çempionu tituluna yiyələnib.

Bürünc medallara isə Alfonso ilə yanaşı, rusiyalı İmam Xatayev (Rusiya Olimpiya Komitəsi) sahib olub.

81 çəkidə final döyüşünün ardınca mükafatlandırma mərasimi keçirilib. Azərbaycan boksçusu Alfonso Dominqes də qazandığı bürünc medala yiyələnib.

4 Avqust 2021 12:31 - İDMAN
İDMAN
19 Oktyabr 2021 | 00:09
Ən bahalı futbolçular

Köhnə versiyamızdan xəbərləri izlə