Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hacıqabul Rayon İcra Hakimiyyəti 2021-ci ildə şəhər mənzil fondunun əsaslı təmiri işlərinin satın alınması üçün AÇIQ TENDER ELAN EDİR

Lot- 1. 2021-ci ildə Hacıqabul şəhərində mənzil fondunun əsaslı təmiri işlərinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə elektron formada ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqavilə il ərzində yerinə yetirilməlidir. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu elektron satınalmalar portalından və ya Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi 7 nömrəli ünvanda yerləşən Hacıqabul Rayon İcra Hakimiyyətindən ala bilərlər. Əlaqələndirici şəxs- Salman Mirağa oğlu Zamanov, telefon- /021/ 204-29-46).

İştirak haqqı 200(iki yüz) manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.

Təşkilat- Hacıqabul Rayon İcra Hakimiyyəti

Hh- AZ68CTRE00000000000002513331

VÖEN - 8100027051

Bank- Dövlət Xəzinədarlığı Agentliyi

Kod- 210005

Mh- AZ41NABZ01360100000000003

VÖEN- 1400155071

S.W.İ.F.T. BİK- Biq STREAZ 22

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat;

- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim edilir);

- Bank təminatını tender təklifi zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və qiymətləndirməyə buraxılmır;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarının arayışı.

Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 7 sentyabr 2021-ci il saat 15.00-dək elektron portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri tender təklifi və bank təminatını həm elektron qaydada, həm də möhürlənmiş ikiqat zərfdə 14 sentyabr 2021-ci il saat 15.00-dək təqdim etməlidirlər.

Təklif zərfləri 16 sentyabr 2021-ci il saat 15.00-da Hacıqabul Rayon İcra Hakimiyyətinin inzibati binasında, Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi 7 nömrəli ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

4 Avqust 2021 00:34 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
16 Oktyabr 2021 | 00:44
BİLDİRİŞ
16 Oktyabr 2021 | 00:42
BİLDİRİŞ
16 Oktyabr 2021 | 00:42
BİLDİRİŞ
13 Oktyabr 2021 | 23:48
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə