Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı “Açıq Səhmdar Cəmiyyətinin Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti AÇIQ TENDER ELAN EDİR

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı “Açıq Səhmdar Cəmiyyətinin Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti

aşağıdakı lotlar üzrə layihə sənədlərinin hazırlanması işlərinin elektron qaydada satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

 

Lot- 6. “Tovuz rayonunun Yuxarı Öysüzlü kəndinin əkin sahələrinin su təminatının

yaxşılaşdırılması üçün Öysüzlü arxı­nın yenidən qurulması”.

Lot- 8. “Ağstafa rayonunun Köhnəqışlaq, Yaradullu və Tat­lı kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdıırlması tədbirləri”.

Lot- 12. “Astara rayonunun Astara sərhəd çayının 138-141 saylı sərhəd nişanları ərazilərində sərhəd yolu­nun və kommunikasiya qurğularının, Qapıçıməhəllə və Alaşa kəndlərinin sel sularından mühafizəsi tədbirləri”.

Lot -13. “Qax rayonunun Lələli kəndi ərazisində yerləşən sərhəd zastava­sının Qanıxçay çayının sel sularından mühafizəsi”.

Lot -14. “Qusar rayonunun Kirik kəndinin və sərhəd zastavasının Samur çayının sel sularından mühafizəsi”.

Lot- 15. “Lənkəran rayonu ərazisində su təsərrüfatı obyektlərinin bərpası və rayon ərazisindəki çaylarda sahilbərkitmə işləri daxilində nəzərdə tutulan obyektlərin tikintisinin layihə sənədlərinin hazırlanma­sı” (Viravul çayı üzrə).

Təkliflərin qiymətləndirilməsində aşa­ğıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyatı işlər üzrə ixtisas uyğunluğu.

Tenderlə əlaqədar məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət etmək lazımdır.

Əlaqələndirici şəxs – Emin Quliyev.

Ünvan - Bakı şəhəri, Moskva pros­pekti 69a.

Tikilməkdə olan meliorasiya və irriqa­siya obyektlərinin birləşmiş müdiriyyəti

E-mail: [email protected]

Telefon -431-08-64; Faks 430-79-57.

Tenderin əsas şərtlər toplusunu elekt­ron qaydada etender.gov.az saytında hər bir lot üçün 200 (iki yüz) manat məbləğdə vəsait ödədikdən sonra almaq olar.

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağı­dakı sənədləri təqdim etməlidirlər:

- malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər;

- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;

- son maliyyə dövrünə olan məlumatı əks etdirməklə iddiaçıların fəaliyyəti haq­qında vergi orqanları tərəfindən verilmiş maliyyə hesabatının surəti;

- maliyyə vəziyyəti barədə bank arayışı;

- son bir il ərzində (fəaliyyətini dayan­dırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikası­nın Vergi məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi halları­nın mövcud olmaması haqqında arayış;

- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayan­dırılmış şəxs olmaması barədə vergi orqanınından arayış (yüklülük arayışı);

- qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri, dövlət reyestrindən çıxarışın, nizamnamənin və şəhadətnamənin surəti;

- lisenziya və tenderdə xarici şirkətlər iştirak etdikdə onların Azərbaycan nümayəndəliyinin olmasını təsdiqləyən sənədlər;

- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat. Arayış Dövlət Statistika Komitəsindən alınır (son dövr üçün) ;

- satınalma prosedurlarının başlanma­sından əvvəlki 5 il ərzində cinayətə görə məhkum olunmaması barədə məlumatlar;

- tender təkliflərini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd.

- tender təklifi (tender təklifi zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

- satınalan təşkilat tender təklifinin təminatını tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində təqdim etməlidir. Təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır.

İddiaçılar yuxarıda qeyd olunan sənədləri 25 avqust 2021-ci il saat 17.00-а qədər tender komissiyasına dövlət satınalmalarının vahid internet por­talı vasitəsilə elektron təqdim etməlidirlər.

İddiaçılar öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə 2 sent­yabr 2021-ci il saat 17.00-а elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim edilən təkliflər dövlət satınalmalarının vahid internet elektron portalında qəbul olunma­yacaqdır.

Təklif zərfləri 3 sentyabr 2021-ci il saat 11.00-dа açılacaqdır .

İddiaçıların səlahiyyətli nümayəndələri online şəkildə zərflərin açılışı proseduru­nu izləyə bilərlər.

Tender komissiyası

4 Avqust 2021 00:32 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə