Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DİN: Ötən gün 288 toy şənliyinin monitorinqi aparılıb

Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri avqustun 2-də Bakı şəhərində və respublikanın digər ərazilərində 288 toy şənliyinin monitorinqini aparıblar.

DİN-in mətbuat xidmətindən "Xalq qəzeti"nə bildiriblər ki, monitorinqlər 226 şadlıq sarayında, 62 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 89 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib. Habelə 1 nəfər barəsində cinayət işi başlanıb. COVID-19 pasportu olmadığına görə 2736 nəfər toy şənliklərinə buraxılmayıb.

3 Avqust 2021 15:06 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə