Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikasının Milli Məclisi deputat Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına baxaraq, Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının bu məsələyə dair rəyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinin II hissəsinə, Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 22-ci maddəsinə, habelə “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin üçüncü hissəsinə əsasən qərara alır:

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilsin.

 

Azərbaycan Respublikası
Milli Məclisinin sədri            Sahibə Qafarova

Bakı şəhəri, 3 avqust 2021-ci il

3 Avqust 2021 14:15 - RƏSMİ SƏNƏDLƏR
RƏSMİ SƏNƏDLƏR

Köhnə versiyamızdan xəbərləri izlə