Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə və Gürcüstan liderləri arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə telefonla bir sıra ikitərəfli və regional məsələləri müzakirə edib. Bu barədə Türkiyə Prezidenti Administrasiyasına istinadən “Anadolu” agentliyi məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, söhbət zamanı Türkiyə dövlətinin başçısı ölkəsində baş verən və hələ də da­vam edən kütləvi meşə yanğınları ilə mübarizədə göstərdiyi köməyə görə Gürsüstan hökumətinin rəhbərinə minnətdarlıq edib. R.T.Ərdoğanın fikrincə, bu qəbildən olan hadisələr iki qonşu və dost ölkə arasın­da strateji əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətini bir daha sübut edir.

Türkiyə Prezidenti həmçinin vurğulayıb ki, Gürcüstan son vaxtlar region dövlətləri ara­sında sıx əməkdaşlığın genişləndirilməsi üçün fəallıq göstərir və bu, təqdirəlayiq haldır. R.T. Ərdoğan əmindir ki, sürətlə inkişaf edən Türkiyə–Azərbaycan–Gürcüstan əməkdaşlığı hər üç ölkənin xalqlarının mənafelərinə uyğundur.

Gürcüstan hökumətinin rəhbəri, öz növbəsində ölkəsinin son illər bütün dünyada nüfuzu artmaqda olan Türkiyə ilə hərtərəfli əməkdaşlığın güclənməsində maraqlı olduğunu bildirib. Liderlər söhbət zamanı regional kommunikasiyaların, eləcə də elektrik xətlərinin təhlükəsiziliyinin təmin edilməsinin vacib olduğunu da vurğulayıblar.

Yeri gəlmişkən, bu il Türkiyə ilə Gürcüstan ara­sında diplomatik əlaqələrin qurulmasının 100 yaşı tamam olur. Gürcüstanın Trab­zondakı Baş konsulu Gela Caparidze bu hadisə ilə bağlı bildirib ki, Türkiyə hazırda Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından və bu ölkənin iqtisadiyyatına ən çox sərmayə yatıran ölkələrdən biridir.

Diplomat minnətdarlıq hissi ilə qeyd edib ki, Türkiyə Gürcüstanın ərazi bütövlüyü və suverenliyini qətiyyətlə müdafiə edir. Belə ki, “rəsmi Ankara qondarma Abxaziya və Cənubi Osetiya respub­likalarının müstəqilliyini tanımayıb və münaqişənin sülh yolu ilə nizamlanmasının tərəfdarı kimi çıxış edir”.

M.HACIXANLI, “Xalq qəzeti”

 

2 Avqust 2021 23:54 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
25 Sentyabr 2021 | 03:02
842 milyon avro ianə
25 Sentyabr 2021 | 03:01
Yeni treyler yayımlanıb
25 Sentyabr 2021 | 03:00
Avtoportret satılır
25 Sentyabr 2021 | 02:59
Rusiyada yeni antirekord
24 Sentyabr 2021 | 06:04
Loqo təqdim edilib
24 Sentyabr 2021 | 06:04
PUA-lar təhvil alınır

Köhnə versiyamızdan xəbərləri izlə