Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əfqanıstanda “Taliban”a ağır zərbə vurulub

 

Son bir sutka ərzində Əfqanıstanda “Taliban” hərəkatının 455 döyüşçüsü məhv edilib. Bu barədə dünən ölkənin Müdafiə Nazirliyindən bildirilib. Məlumatı “Anadolu” agentliyi verib.

 

Məlumatda bildirilir: “Əfqanıstan milli müdafiə və təhlükəsizlik qüvvələrinin Hahqarhar, Paktiya, Paktika, Loqar, Qəndəhar, Herat, Fəryab, Cauzcan, Bəlx, Samanqan, Hilmənd, Təhar, Qunduz, Baqlan və Kapisa əyalətlərində həyata keçir­diyi əməliyyat nəticəsində talibançılardan 455 nəfər öldürülüb, 232 nəfərsə yara­lanıb”.

Son vaxtlar sülh yaradıl­ması ilə bağlı bütün cəhdlərə baxmayaraq, Əfqanıstanda zorakılığın qarşısını almaq mümkün olmur. Hökumət hesab edir ki, ölkədə qeyri-sabitlik və zorakılıq xarici qoşunların çıxarılmasından sonra güclənib. “Taliban” hər gün yeni ərazilər ələ keçirərək, əsasən sərhədyanı əyalətlərdə möhkəmlənir ki, bu da bütün region üçün təhlükədir.

Bu ilin iyulunda tali­bançılar Özbəkistan və Tacikistanla həmsərhəd olan, demək olar ki, bütün yaşayış məntəqələrini ələ keçiriblər. İyulun 22-də “Taliban” döyüşçüləri Taci­kistanla sərhəddəki Qunduz əyalətinin “Şirxan” nəzarət-buraxılış məntəqəsini tutublar.

Bundan bir qədər əvvəl, iyulun 8-də İranla sərhəddəki “İslam qalası” nəzarət-buraxılış məntəqəsi onla­rın əlinə keçmişdi. İyulun 14-də Pakistanla sərhəddə yerləşən “Spin Boldak” məntəqəsi talibançılara təslim olmuşdu.

Bu günlər Əfqanıstanla Özbəkistanı birləşdirən çox vacib əhəmiyyətli “Heyratan” və İranla sərhəddəki Fərah əyalətinin “Əbu Nəsir Fərahi” nəzarət-buraxılış məntəqələri mühasirə altındadır. Silahlılar ölkənin cənub-qərbindəki Qəznə əyaləti istiqamətində irəliləməkdədirlər. Bədəxşan, Təhar, Qəznə, Herat, Qəndəhar və Badqis istiqamətində hücumlar da güclənib. Hazırda ölkənin 407 qəzasından 150-nə “Tali­ban” nəzarət edir. Hökumətin qüvvələrinin nəzarətində isə 34 əyalət qalır.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

2 Avqust 2021 23:54 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
25 Sentyabr 2021 | 03:02
842 milyon avro ianə
25 Sentyabr 2021 | 03:01
Yeni treyler yayımlanıb
25 Sentyabr 2021 | 03:00
Avtoportret satılır
25 Sentyabr 2021 | 02:59
Rusiyada yeni antirekord
24 Sentyabr 2021 | 06:04
Loqo təqdim edilib
24 Sentyabr 2021 | 06:04
PUA-lar təhvil alınır

Köhnə versiyamızdan xəbərləri izlə