Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yaponiyada anomal istilər günvurma riskini artırıb

 

NHK-nın yaydığı məlumata görə, Yaponiyanın qərbində və şimalında ha­vanın temperaturu kəskin artıb. Temperatur bir çox rayonlarda 35 dərəcədən yuxarı qalxıb. Yaponiya Meteorologiya Agentliyi sakinləri evdə qalmağa və günvurmadan qorunmaq üçün baş geyimi taxmağa çağırıb.

Bildirilir ki, dünən Niiqata şəhərində 35,7, Miyazu şəhərində və Kioto prefek­turasında 35,5, Osakada 34,9, Fuku­şimada 33,9, Tokionun mərkəzində isə 33,1 dərəcə temperatur qeydə alınıb. Qeyd edilir ki, günortaya doğru havanın hərarəti artmaqda davam edib. Fukuidə 37, Kioto, Niiqata və Yamaqatada 36, Osaka, Naqoya və Kanazavada 35 dərəcə isti müşahidə edilib. Tokionun mərkəzində isə 33 dərəcə isti qeydə alınıb.

Yerli hakimiyyət orqanları sakinləri zəruri olmayan gəzintilərdən çəkinməyə, maye qəbul etməyə, kondisionerlərdən istifadəyə, açıq havada sosial məsafəni gözləmək şərti ilə maska taxmamağa çağırır.

Honsyu adasının cənubundan və Sakişima adalarından hərəkət edən isti və rütubətli hava kütləsinin Yaponiyanın cənub-qərbində atmosfer şəraitini poza­cağı gözlənilir.

Bununla yanaşı, bəzi yerlərdə leysan yağışların yağacağı və ildırım çaxacağı proqnozlaşdırılır ki, bunun da düzənlik rayonlarda çayların daşmasına və şiddətli küləyə səbəb ola biləcəyi qeyd edilir.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

2 Avqust 2021 23:53 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
25 Sentyabr 2021 | 03:02
842 milyon avro ianə
25 Sentyabr 2021 | 03:01
Yeni treyler yayımlanıb
25 Sentyabr 2021 | 03:00
Avtoportret satılır
25 Sentyabr 2021 | 02:59
Rusiyada yeni antirekord
24 Sentyabr 2021 | 06:04
Loqo təqdim edilib
24 Sentyabr 2021 | 06:04
PUA-lar təhvil alınır

Köhnə versiyamızdan xəbərləri izlə