Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nikol Paşinyan Ermənistanın baş naziri təyin olundu

 

Dünən Ermənistan parlamentinin yeni tərkibdə ilk iclası keçirilib. İclasda əsasən baş nazir postu­na namizəd məsələsi müzakirə olunub. Bu barədə məlumatı “Sputnik Armeniya” verib.

Məlumata görə, parlamentdə çoxluğa malik “Vətəndaş müqaviləsi” par­tiyası baş nazir postuna hazırda həmin vəzifəni icra edən Nikol Paşin­yanın namizədliyini irəli sürüb.

Dünən, eyni zamanda, Ermənistan Prezidenti Armen Sarkisyan Nikol Paşinyanın baş nazir təyin edilməsi haqqında fərman imzalayıb.

Ermənistan qanunvericiliyinə görə, bu təyinatdan 15 gün sonra ölkənin Nazirlər Kabineti formalaşdırılacaq. Baş nazirin təyinatından sonra 15 gün ərzində hökumətin tərkibi formalaşdırılmalı, eyni zamanda, Nazirlər Kabinetinin proqra­mı hazırlanaraq prezidentə təqdim edilməlidir.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası Ermənistan parlamentinə seçkilərdə 71 mandat əldə edərək çoxluq qazanıb. Ermənistanda növbədənkənar parlament seçkiləri iyunun 20-də keçirilib.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

2 Avqust 2021 23:51 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
25 Sentyabr 2021 | 03:02
842 milyon avro ianə
25 Sentyabr 2021 | 03:01
Yeni treyler yayımlanıb
25 Sentyabr 2021 | 03:00
Avtoportret satılır
25 Sentyabr 2021 | 02:59
Rusiyada yeni antirekord
24 Sentyabr 2021 | 06:04
Loqo təqdim edilib
24 Sentyabr 2021 | 06:04
PUA-lar təhvil alınır

Köhnə versiyamızdan xəbərləri izlə