Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azəristiliktəchizat” ASC AÇIQ TENDER ELAN EDİR

“Azəristiliktəchizat” ASC

qazanxana və istilik şəbəkələri üçün müxtəlif diametrli (tikişsiz) boru və aksesuarların satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

 

Tender 1 lot üzrə keçirilir.

Lot-1. Qazanxana və istilik şəbəkələri üçün müxtəlif diametrli (tikişsiz) boru və aksesuarların satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənib imza­lanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Təkliflərin qiymətləndirilməsində analoji işlərdə təcrübəyə, maliyyə vəziyyətinə, aşağı qiymət, yüksək keyfiyyət və müqavilənin vaxtında yerinə yetirilməsi üçün zəruri potensial meyarlara üstünlük veriləcəkdir.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 3 (əlaqələndirici şəxs -Rafiq Əliyevdən, telefon - 579 -52- 98 nömrəli ünvandan ala bilərlər).

İştirak haqqı 220 manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

H/h- AZ62AİİB33010019442200226122

VÖEN-1700531291

“Kapital Bank”ın Qaradağ filialı

Kod- 200220

VÖEN- 9900003611

M/h- AZ37NABZ01350100000000001944

SWİFT- AİİBAZ2X

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

-digər sənədlər:

- Satınalma müqaviləsini imzala­maq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- Dövlət Statistika Komitəsindən mikro, kiçik, orta və ya iri sahibkarlıq subyekti olması barədə arayış;

- satınalma prosedurlarının başlan­masından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluq­çularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması barədə müvafiq dövlət orqanından arayış.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olun­malıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınal­maları haqqında” Azərbaycan Respub­likası Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaq­la) 23 avqust 2021-ci il saat 11.00-a, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 31 av­qust 2021-ci il saat 11.00-a qədər "Azəristiliktəchizat" ASC-nin Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 3 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim edilən zərflər açılmadan geri qaytarıla­caqdır.

İddiaçıların təklifləri 1 sentyabr 2021-ci il saat 11.00-da yuxarıda göstərilən ünvanında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

3 Avqust 2021 00:49 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə