Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hörmətli doktorant, dissertant və müstəqil tədqiqatçılar! Azərbaycan Turizm və Menecment Universiteti 2021-ci il noyabrın 19-da “Müasir dövrdə səmərəli idarəetmənin problemləri” mövzusunda VI elmi-praktik konfransı keçirəcəkdir

 

 

Konfransın keçirilməsində əsas məqsəd müasir dövrdə səmərəli idarəetmənin inkişafı istiqamətində aparılan tədqiqat işləri çərçivəsində idarəetmənin mükəmməl modelinə nail olmaq, elmi tədqiqatların tətbiqi mexanizmini hazırlamaq, müxtəlif sahələrin idarə edilməsinin əsas mexanizmlərinin dövlətçiliyin inkişafına xidmət üsullarını müəyyənləşdirməkdir.

Konfransda aşağıdakı istiqamətlər üzrə məruzələr dinləniləcəkdir:

1. Dövlət siyasətində idarəetmənin yeri və rolu.

2. Beynəlxalq münasibətlərin idarə edilməsində milli dəyərlər.

3. Sosial və xidmət sahələrinin idarə edilməsi problemləri.

4. Kadrların idarə edilməsində yeniliklərin səmərəliliyinin qiymətləndirilməsinə yanaş­malar, səmərəlilik kriteriyası və göstəriciləri.

5. Təhsil və mədəniyyətin idarə edilməsi.

6. Korporativ idarəetmə və biz­nesin idarə edilməsi.

7. İdarəetmədə hüquq problemləri.

Konfransda çıxış etmək üçün məruzənin xülasəsi və müəllif haqqında aşağıda göstərilən məlumatlar daxil olunmuş ərizənin 2021-ci il noyabrın 1-dək təşkilat komitəsinə göndərilməsi mütləqdir:

• Adı,soyadı,atasının adı.

• Elmi dərəcəsi.

• İş yeri və vəzifəsi.

• Poçt ünvanı (iş və ev).

• Telefon və faks ( şəhər kodu göstərilməklə).

• Elektron ünvan.

• Məruzənin mövzusu.

• İstiqaməti.

• Texniki vasitələrdən istifadənin vacibliyi.

Təşkilat komitəsi təqdim edilən məruzələrin seçilib istiqamətlər üzrə qruplaşdırılaraq proqrama daxil edilməsi hüququnu öz üzərinə götürür, redaksiya heyəti isə proq­rama daxil edilmiş məruzələrin redaktə olunması işini həyata keçi­rir. Elmi səviyyəsi tələblərə uyğun olmayan materiallar məruzə üçün qəbul edilmir.

Konfransın Azərbaycan, türk, in­gilis və rus dillərində keçiriləcəkdir.

Məqalələrin tərtib olunma qaydaları:

Konfrans haqqında məlumat Azərbaycan Turizm və Menec­ment Universitetinin saytında yerləşdirilmişdir. (http:// www.atmu.edu.az)

Məqalə müraciət forması ilə birlikdə elektron şəkildə 2021-ci il noyabrın 1-dək [email protected] elektron ünvanına göndərilməlidir.

Əlaqə telefonu- (012) 564-42-33 (daxili:125).

Ünvan- Bakı, Koroğlu Rəhimov küçəsi 822/23.

Email: [email protected]

Təşkilat komitəsi

3 Avqust 2021 00:08 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə