Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qazax Suvarma Sistemləri İdarəsi AÇIQ TENDER ELAN EDİR

Qazax Suvarma Sistemləri İdarəsi

nasos stansiyalarının elektrik avadanlıqlarının əsaslı təmiri işlərinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

 

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalı­na (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatları əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçı­ları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

İddiaçılar öz tender təkliflərində bütün vergi rüsumlarını və digər xərcləri nəzərə almalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını asan ödəniş sistemi ilə hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

Əlaqələndirici şəxs- Osmanov Asim Zabit oğlu.

Ünvan- Qazax şəhəri, N.Nərimanov küçəsi 72.

İştirak haqqı 100 manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat-Qazax Suvarma Sistemləri İdarəsi

Bank rekvizitləri:

H/h- AZ61CTRE 00000000000002353601

VÖEN- 4200130511

Bank- Dövlət Xəzinədarlığı Agentliyi

Kod- 210005

VÖEN- 1401555071

M/h- AZ41NABZ 01360100000000003944

S.W.İ.F.T. BİK – CTREAZ22

İddiaçılar tenderdə iştirak üçün aşa­ğıdakı sənədləri təqdim etməlidirlər:

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi olkə və rekvizitləri;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

–tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müva­fiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- podratçının müəyyən etdiyi digər sənədlər.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağ­lı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender pro­seduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 26 avqust 2021-ci il saat 15.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 3 sentyabr 2021- ci il saat 15.00 –a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 6 sentyabr 2021-ci il saat 15.00-da açı­lacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.

QEYD- tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün pro­sedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

E-şərtlər toplusunu 2021-ci il avqust 3-dən sonra əldə etmək olar.

Tender komissiyası

3 Avqust 2021 00:46 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə