Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tovuz Rayon İcra Hakimiyyəti AÇIQ TENDER ELAN EDİR

Tovuz Rayon İcra Hakimiyyəti

2021-ci ildə büdcədənkənar vəsait hesabına Tovuz rayonunda yolların təmiri işlərinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

 

Büdcədənkənar vəsait hesabı­na Tovuz rayonunda yolların təmiri işlərinin yerinə yetirilməsi müddəti ilin axırına qədərdir. Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə www.tender.gov.az. portalı vasitəsilə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər 60 manat məbləğdə iştirak haqqını aşağı­da göstərilən hesaba köçürdükdən son­ra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Tovuz şəhəri, İstiqlal küçəsi 2 nömrəli ünvan­da, Tovuz Rayon İcra Hakimiyyətindən və yaxud www.tender.gov.az. portalın­dan (əlaqələndirici şəxs-Məmmədov Mübariz Məmməd oğlundan, telefon- 050-264-62-48) ala bilərlər.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat-Tovuz Rayon İcra Hakimiyyəti

H/h- AZ03CTRE 00000000000002513531

VÖEN-7300145781

Bank- Dövlət Xəzinədarlığı Agentliyi

Kod-210005

VÖEN-1401555071

M/h- AZ41NABZ 01360100000000003944

S.W.İ.F.T CTREAZ22

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri www.tender.gov.az. portalı vasitəsilə təqdim etməlidirlər:

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalı-dır);

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (ən azı 60 bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müva­fiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-iddiaçıların son bir ildə analoji işlər üzrə təcrübəsi və potensial imkanları haqqında məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (ten­der təklifi və bank təminatı istisna ol­maqla) 20 avqust 2021-ci il saat 11.00-a, tender təklifi və bank təminatını isə 30 avqust 2021-ci il saat 17.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 31 avqust 2021-ci il saat 11.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elekt­ron qaydada portal vasitəsilə aparılır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. Bu barədə məlumat www.tender.gov.az. internet saytında yerləşdirilmişdir.

3 Avqust 2021 00:42 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə