Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cənubi Muğan Kanalı İstismarı İdarəsi AÇIQ TENDER ELAN EDİR

 

Tender 1 (bir) lot üzrə keçiriləcəkdir.

Lot – 6. 2021-ci ildə nasos stansiya­sında məhsuldarlığı 3,5 kubsaniyə olan

vertikal nasos aqreqatının əsaslı təmiri işlərinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Müqavilənin yerinə yetirilmə müddəti 2021-ci il dekabrın 31-nə kimidir.

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır. Əlaqələndirici şəxs - Abışov İxtiyar Şükür oğlu.

Ünvan: Biləsuvar şəhəri, H. Əliyev küçəsi 86.

E-mail: [email protected]

Telefon - 050-348-72-29.

İştirak haqqı 100 manatdır.

Maraqlananlar tenderin əsas şərtlər toplusunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə işti­rak üçün elektron müraciət etdikdən və aşağıdakı hesaba qeyd olunan məbləği ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haq­qı heç bir halda geri qaytarılmır.

Bank rekvizitləri-

Biləsuvar Cənubi Muğan Kanalı İstis­marı İdarəsi

• H/h - AZ68CTRE 00000000000002352602

• VÖEN - 4100036711

• Büdcə gəlirlərinin təsnifat kodu - 142330

• Büdcə səviyyəsinin kodu - 7

• VÖEN - 4100036711

•Bank - Dövlət Xəzinədarlığı Agentliyi

• VÖEN - 1401555071

•Kod-210005

•M/h-AZ41NABZ013601000000003944

• S.W.İ.F.T: CTREAZ22

Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qayda­da elektron formada təqdim etməlidirlər.

1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (Dövlət reyestrindən çıxarışın və şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir, rekvizitlərin iddiaçının və ya bankın imzası və möhürü ilə təsdiq edilməsi və PDF formatında yerləşdirilməsi zəruridir).

2. Tender təklifi (təkliflərin açıldı­ğı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır).

3. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifi təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).

4. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublika­sının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış (arayışın tender elan olunduğu tarixdən sonra alın­ması və sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir).

5. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (son maliyyə dövrünə olan məlumatı əks etdirməsi və sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir).

6. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (arayışın tender elan olunduğu tarixdən sonra alın­ması və sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir).

Malgöndərənlər (podratçılar) 1, 4, 5 və 6-cı bəndlərdə qeyd olunan sənədləri 23 avqust 2021-ci il saat 17.00-a kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 31 avqust 2021-ci il saat 17.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim edilən təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmaya­caqdır.

Tender təklifi zərfləri 1 sentyabr 2021-ci il saat 17.00-da elektron portal vasitəsilə açılacaqdır.

Tender komissiyası

3 Avqust 2021 00:41 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə