Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Amerikalı məşhur bloger işğaldan azad edilən ərazilərə səfərinə dair növbəti videosunu paylaşıb

 

Amerikalı məşhur gənc videobloger Maks Rayzinger Azərbaycana səfəri ilə bağlı yutub kanalında növbəti videosunu paylaşıb.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Bakıda yerləşən Avrasiya üzrə Regio­nal Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, videoda əsasən işğaldan azad edilmiş Qara­bağda gördüklərindən danışan gənc bloger xüsusilə Ağdam şəhərində üzləşdiyi dəhşətli mənzərə haqda təəssüratlarını izləyiciləri ilə bölüşüb. Ağ­damdan olan məcburi köçkün Fəxrəddin Hacıyevin ilk dəfə doğma şəhərinə qayıdı­şını və yerlə-yeksan edilmiş evini tapma­sını işıqlandıran Maks Rayzinger deyib: “Bütün hekayələrdə, hətta ən qaranlıq və faciəvi olanlarda belə nikbin məqamlar var. Çox şükür, Ağdam bərpa edilir və tezliklə Azərbaycan xalqının həyatına geri qayıda­caq”.

Bundan əvvəlki videopaylaşımında Gəncəyə edilən ballistik raket hücumlarından danışan Maks Rayzinger Regional Mərkəzin dəstəyi ilə həyata keçirilən “Show Me Azer­baijan” layihəsi çərçivəsində mayın sonunda ölkəmizə səfər etmişdi.

Yutubda geniş izləyici auditoriyasına sa­hib olan Maksın 18 yaşı var və o, ilk müstəqil səfərini Azərbaycana edib. Onun izləyiciləri əsasən 15-18 yaşlı yeniyetmə və gənclərdir. Dünyanın bir çox yerində, o cümlədən Azərbaycanda onun azarkeşləri var.

Xatırladaq ki, “Show Me Azerbaijan” layihəsi çərçivəsində 8 ölkədən 13 bloger, o cümlədən ABŞ və Əlcəzairdən olan 3 videob­loger işğaldan azad olunmuş ərazilərə səfər ediblər.

Videobloqu aşağıdakı keçid vasitəsilə izləmək mümkündür: https://www.youtu­be.com/watch?v=xH5BNCYqynE&t=160s

“Show Me Azerbaijan” layihəsinin digər iştirakçılarının – amerikalı videobloger Douq Barnardın və əlcəzairli Kubas Xubeybin Qa­rabağla bağlı daha öncə yayımlanan video­larını isə aşağıdakı linklər vasitəsilə izləmək olar:

https://www.youtube.com/watch?v=cXYjGRDCFbM&t=431s

https://www.youtube.com/watch?v=x6UbMKJ6dr4

3 Avqust 2021 00:36 - SİYASƏT
SİYASƏT
27 Oktyabr 2021 | 17:56
Ərdoğan Makronla görüşəcək

Köhnə versiyamızdan xəbərləri izlə