Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Amerikalı ekspert: Ermənistan Azərbaycanın yaşayış məntəqələrinə atəş açmasına görə məsuliyyət daşımalıdır

 

Avqustun 2-si saat 03:27 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusu­nun mövqelərini atıcı silahlardan atəşə tutması İrəvanda gizlənən erməni ter­rorçu rəhbərliyi tərəfindən hazırlanan vəhşi bir hərəkətdir və dünyanın böyük hökumətləri və beynəlxalq təşkilatları tərəfindən qınanılmalıdır. Bunu Trend-ə amerikalı ekspert Piter Teys deyib.

Piter Teys qeyd edib ki, Heydərabad qəsəbəsinə səfər edən çox az sayda ame­rikalılardan biri olaraq, erməni əsgərlərinin Qafqazın bəlkə də ən yaxşı təşkil edilmiş, ən kiçik şəhəri olan bu yaşayış məntəqəsinə hücum etmək üçün silahdan istifadə etdiyini oxuyanda dəhşətə gəldim və şoka düşdüm.

Ekspert bildirib ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın günahsız insan­larına qarşı törətdikləri vəhşiliklərə görə məsuliyyət daşımalı və beynəlxalq ədalət məhkəməsinə verilməlidir: “Heydərabad qəsəbəsində hərbi postlara və mülki yaşa­yış məntəqələrinə hücum etməsinə görə Ermənistan məsuliyyət daşımalıdır”.

3 Avqust 2021 00:03 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə