Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağı daha yaşıl bərpa edək!

 

 

İndi Türkiyənin böyük bir hissəsinin alovlara büründüyü vaxtda demək olar ki, hər bir Azərbaycan vətəndaşı qardaş xalqla öz həmrəyliyini nü­mayiş etdirir. Eyni zamanda, xilasedicilərimiz həyatlarını riskə ataraq türkiyəli yanğınsöndürənlərlə çiyin-çiyinə mübarizə aparır, alovları cilovla­mağa çalışırlar. Meşələri qəsdən məhv edənləri, heyvanları məhv edənləri, su ehtiyatlarını çirkləndirənləri, bir sözlə, hər birimizin olan ətraf mühitə ziyan vuranları başa düşmək mümkün deyil.

Bu fikirlər Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyevin müraciətində yer alıb.

Müraciətdə qeyd olunur: “Təəssüf ki, bu gün Türkiyənin üzləşdiyi problem bizim üçün yeni deyil. Təxminən otuz ildir ki, erməni işğalçı qüvvələri Qarabağın flora və faunasını məhv edərək bu bölgənin biomüxtəlifliyinə və təbii sərvətlərinə böyük ziyan vurublar. Ərazilərin davamlı olaraq yandırılması, su ehtiyatlarının çirkləndirilməsi, qiymətli ağac növlərinin kəsilməsi, faydalı qazıntıların amansızcasına çıxarılması, su mənbələrinə və torpağa zəhərli maddələrin atılması, su terroru və s. Bütün bunlar onilliklər ərzində Qarabağda baş verirdi, beynəlxalq ictimaiyyət isə bu biabırçılığa, qanunsuz əməllərə biganə yanaşır, yalnız bəzən mənasız bəyanatlar verməklə kifayətlənirdi.

Zərərin miqyasını daha yaxşı başa düşmək üçün sizə bir neçə nümunə verəcəyik. Əvvəllər işğal olunmuş Qarabağ ərazisində meşə örtüyünün sahəsi 260 min hektar idi. Deməli, işğal illərində təxminən 54 min hektar meşə örtüyü ermənilər tərəfindən məhv edilib.

Ermənilərin özlərinin məlumatına görə, yalnız 2014-2018-ci illərdə Qarabağda bütün Ermənistana nisbətən 2,3 dəfə çox ağac kəsilib (404,800 kubmetr və 175,300 kubmetr).

Eldar şamı, qoz, palıd, xurma və s. daxil olmaqla qiymətli ağac növlər ciddi zərər görüb.

“Karabakh.Center” (www.karabakh. center) saytında Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyindəki həmkarlarımızın və müstəqil tədqiqatçıların köməyi ilə Qara­bağda erməni işğalçıları tərəfindən törədilmiş EKOSİD haqqında bir çox maraqlı faktlar toplamışıq. Həmin faktlarla üç dildə ətraflı şəkildə tanış ola bilərsiniz. Bu məlumatları oxuyun və paylaşın ki, mümkün qədər çox in­san bu cinayətlər haqqında həqiqəti öyrənsin.

Nəhayət, ən başlıcası odur ki, indi hər birimizin Qarabağın ekologiyasının bərpası prosesini dəstəkləmək imkanı var. Bunun üçün Qarabağ Dirçəliş Fonduna ianə etmək kifayətdir. Fondumuz Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sıx əməkdaşlıq edərək doğma Qarabağımızda pozulmuş ekoloji tarazlığın bərpasına fəal dəstək verəcək. Siz də bu vacib prosesin bir hissəsi ola bilərsiniz. Bu linkə daxil olmaqla ianə edə bilərsiniz: https://qdf.gov.az/iane-et/

Erməni işğalçılarının Qarabağın ekolo­giyasına vurduğu ziyanla bağlı məqalələrlə aşağıdakı linklərdə (üç dildə) tanış ola bilərsiniz:

AZ: https://story.karabakh.center/az/qara­bagda-ekosid

RUS: https://story.karabakh.center/ru/ ekotsid-v-karabakhe

ENG: https://story.karabakh.center/en/ ecocide-in-karabakh”.

AZƏRTAC

3 Avqust 2021 00:01 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə