Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

MN: Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 2-si saat 13:55-dən 17.00-dək Vedi rayonunun Arazdəyən və Basarkeçər rayonunun Zərkənd kəndləri ərazisində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi və Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Cavab atəşi ilə qarşı tərəf susdurulub.
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

2 Avqust 2021 20:03 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
24 Sentyabr 2021 | 18:07
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə