Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağdaşda şənlik mərasimlərində pandemiya dövrünün tələbləri kobud şəkildə pozulub

Qida Təhlükəsizliyi Agentliyi pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində aidiyyəti dövlət orqanları ilə birgə reydləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Xalq qəzeti"nə verilən məlumata görə, Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində fəaliyyət göstərən fiziki şəxs Əsədov Məmmədxan Əmiraslan oğluna məxsus "Samir” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.

Yoxlama zamanı toy mərasiminin keçirildiyi zalın sahəsi normativ tələblərə müvafiq olaraq 99 nəfərə xidmət etmək üçün uyğun olduğu halda, 150 nəfərlik şənlik mərasiminin keçirilməsinin nəzərdə tutulduğu müəyyən olunub.

Aşkarlanan pozuntularla əlaqədar müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.

2 Avqust 2021 17:29 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
24 Sentyabr 2021 | 18:07
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə