Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyəli folklorşünas alimlər AMEA-nın Folklor İnstitutunda

Türkiyənin tanınmış folklorşünas alimləri, professorlar Nail Tan və Hayrettin İvgin, Avrasiya Qurumunun rəhbəri Bahreddin Güney və “Vektor” nəşrlər evinin direktoru, professor Elçin İsgəndərzadə AMEA Folklor İnstitutunda olublar.

www.science.gov.az saytı yazır ki, qonaqları salamlayan institutun direktoru, akademik Muxtar İmanov bu yaxınlarda Qırğızıstanda onlarla birgə iştirak etdiyi beynəlxalq konfransı xatırladıb, tədbirlə bağlı təəssüratlarını bölüşüb. Görüşdə Türk dünyasının ortaq lətifə qəhrəmanı Molla Nəsrəddin, aşıq sənəti, dastanlar və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Akademik M.İmanov “Dastan gecələri” layihəsi əsasında bir neçə dastanın ictimaiyyətə tədqim olunduğunu deyərək, gələcəkdə Qars-Ərdahan bölgəsinin aşıqları ilə əməkdaşlıq əlaqələrinin qurulacağına əminliyini ifadə edib.

Daha sonra o, Folklor İnstitutunda nəşr olunmuş yeni kitabları qonaqlara hədiyyə edib.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

7 Noyabr 2018 16:49 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə