Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında  Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı  

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və  kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına aşağıdakı məzmunda 2.5-4-1-ci bənd əlavə edilsin:

“2.5-4-1. 2021-ci il 5 avqust tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına bu Qərarın 2.5-1.1-ci və 2.5-1.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla icazə verilir:

2.5-4-1.1. Almaniya Federativ Respublikası;

2.5-4-1.2. Avstriya Respublikası;

2.5-4-1.3. Belçika Krallığı;

2.5-4-1.4. Çexiya Respublikası;

2.5-4-1.5. Danimarka Krallığı;

2.5-4-1.6. İrlandiya Respublikası;

2.5-4-1.7. İspaniya Krallığı;

2.5-4-1.8. İsveç Krallığı;

2.5-4-1.9. İsveçrə Konfederasiyası;

2.5-4-1.10. Kanada;

2.5-4-1.11. Lüksemburq Böyük Hersoqluğu;

2.5-4-1.12. Malta Respublikası;

2.5-4-1.13. Niderland Krallığı;

2.5-4-1.14. Polşa Respublikası;

2.5-4-1.15. Portuqaliya Respublikası;

2.5-4-1.16. Serbiya Respublikası;

2.5-4-1.17. Sinqapur Respublikası;

2.5-4-1.18. Sloveniya Respublikası;

2.5-4-1.19. Slovakiya Respublikası;

2.5-4-1.20. Yunanıstan Respublikası.”.

 

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 2 avqust 2021-ci il

№ 231

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə