Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Amerikalı ekspert: Ermənistan Azərbaycanın yaşayış məntəqələrinə atəş açmasına görə məsuliyyət daşımalıdır

Avqustun 2-si saat 03:27 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutması İrəvanda gizlənən erməni terrorçu rəhbərliyi tərəfindən hazırlanan vəhşi bir hərəkətdir və dünyanın böyük hökumətləri və beynəlxalq təşkilatları tərəfindən qınanılmalıdır.Bunu Trend-ə amerikalı ekspert Piter Teys deyib.

 Piter Teys qeyd edib ki, Heydərabad qəsəbəsinə səfər edən çox az sayda amerikalılardan biri olaraq, erməni əsgərlərinin Qafqazın bəlkə də ən yaxşı təşkil edilmiş, ən kiçik şəhəri olan bu yaşayış məntəqəsinə hücum etmək üçün silahdan istifadə etdiyini oxuyanda dəhşətə gəldim və şoka düşdüm.

Ekspert bildirib ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın günahsız insanlarına qarşı törətdikləri vəhşiliklərə görə məsuliyyət daşımalı və beynəlxalq ədalət məhkəməsinə verilməlidir: “Heydərabad qəsəbəsində hərbi postlara və mülki yaşayış məntəqələrinə hücum etməsinə görə Ermənistan məsuliyyət daşımalıdır”.

 

2 Avqust 2021 13:35 -

Köhnə versiyamızdan xəbərləri izlə