Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Balakəndə karantin rejimi qaydalarını pozan toy sahibləri cərimələniblər

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Talalar və Tülü kəndlərində fərdi evlərdə təşkil edilən toy mərasimlərində karantin rejimi qaydalarının pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Xalq qəzeti"nə verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin ünvanlara baxış keçirilən zaman mərasimlərdə iştirak edən qonaqların müəyyən edilən say həddindən artıq olduğu aşkarlanıb. Qayda pozuntuları ilə bağlı toy sahibləri Vüqar Şahverdiyev və Ramazan Əliyevin barələrində protokol tərtib olunub və onların hər biri 400 manat məbləğində cərimələnib.

Şöbə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir nəticəsində isə şəhər ərazisində yerləşən “Balakən” şadlıq sarayında təşkil edilən toy məclisinə gələn qonaqlardan 100-ə yaxının COVID-19 pasportu olmadığı aşkarlanıb. Həmin şəxslərə mövcud qaydalara riayət etmələri izah olunub və onlar geri qaytarılıblar.

2 Avqust 2021 11:17 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
24 Sentyabr 2021 | 18:07
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə