Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

MN: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Avqustun 2-si saat 03:27 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən "Xalq qəzeti"nə verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Cavab atəşi ilə qarşı tərəf susdurulub.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

2 Avqust 2021 10:27 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
24 Sentyabr 2021 | 18:07
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə