Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Boksçumuz Alfonso Dominges Tokio Olimpiadasında Azərbaycanın aktivinə ikinci bürünc medalı yazdırıb

Azərbaycan boksçusu Alfonso Dominges “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında ölkəmizin aktivinə ikinci bürünc medalı yazdırıb.

"Xalq qəzeti" xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən boksçumuz yarımfinalda Kuba təmsilçisi, Olimpiya və dünya çempionu Arlen Lopez ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə uduzan idmançımız Olimpiadada mübarizəni bürünc medalla başa vurub.

Bu çəki dərəcəsində final qarşılaşmasının digər iştirakçısı yarımfinalda rusiyalı İmam Xataevi məğlub edən Böyük Britaniya boksçusu Bencamin Uittaker olacaq.

Xatırladaq ki, Olimpiadada mübarizəyə səkkizdəbir final mərhələsindən başlayan A.Dominges birinci görüşdə özbəkistanlı Dilşodbek Ruzmetova 4:1 hesabı ilə qalib gəlib. İdmançımız yarımfinala vəsiqə uğrunda qarşılaşmada Türkiyə təmsilçisi Bayram Malkanı 5:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Qeyd edək ki, 26 yaşlı Alfonso Domingez 2019-cu ildə Minskdə keçirilən II Avropa Oyunlarının qalibi olub.

Bununla da Azərbaycan boksçularının “Tokio-2020”də mübarizəsi başa çatıb. Olimpiadaya beş idmançı ilə qatılan boks yığmamızın üzvlərindən Tayfur Əliyev (57), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69) və Məhəmməd Abdullayev (+91 kq) “Tokio-2020”ni medalsız başa vurublar.

Azərbaycan millisinin aktivinə digər medalı qadın cüdoçu İrina Kindzerska yazdırıb.

 

1 Avqust 2021 15:07 - İDMAN
İDMAN
17 Sentyabr 2021 | 00:18
Rekord təkrarlanıb
16 Sentyabr 2021 | 00:24
Yeni baş məşqçi

Köhnə versiyamızdan xəbərləri izlə