Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Binəqədi qəsəbəsində açıq ərazidə yanğın olub

Binəqədi qəsəbəsində yanğın olub.

"Xalq qəzeti" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində açıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

İlkin məlumata əsasən, açıq ərazidə təqribən 500 m² sahədə quru ot və rezin tullantıları yanıb.

1 Avqust 2021 09:39 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə