Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azercell”dən Türkiyədəki abunəçilərinə dəstək

 

Şirkət qardaş ölkədə olan abunəçilərinin balansını təmənnasız artırıb

Türkiyənin müxtəlif şəhərlərində baş vermiş meşə yanğınları nəticəsində yaranan narahatlığı nəzərə alaraq, Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC bu ölkədə olan abunəçilərinə xüsusi diqqətlə yanaşıb. Hazırda Türkiyədə olan abunəçilərin ailələri və yaxınları ilə kəsintisiz rabitə əlaqəsini təmin etmək məqsədilə onla­rın nömrələrinin balansına 10 AZN məbləğində pul vəsaiti yükləyib. Balansartırma həm fakturalı, həm fakturasız xətt sistemlərinə aid bütün nömrələri əhatə edir.

Qeyd edək ki, üç gün əvvəl başlayan meşə yanğınları artıq Türkiyənin 20-dən çox vilayətini, xüsusilə də ku­rort bölgələrini bürüyüb. Hələ də davam edən yanğınlar nəticəsində həlak olanlar, xəsarət alanlar var.

“Azercell” şirkəti bu fəlakət nəticəsində həlak olanların yaxınlarına, bütün qardaş Türkiyə xalqına dərin hüznlə baş­sağlığı verir, xəsarət alanlara şəfa diləyir. Ən qısa zamanda yanğının qarşısının alınmasını və hadisənin fəsadlarının aradan qaldırılmasını arzulayır.

“Xalq qəzeti”

1 Avqust 2021 02:22 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə