Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sabaha olan hava proqnozu

Azərbaycanda avqustun 1-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 23-26°, gündüz 31-36° isti, Bakıda gecə 23-25°, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25° isti, cənub çimərliklərində- Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26° isti olacaq.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, avqustun 1-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 29-34° isti, dağlarda gecə 10-15°, gündüz 15-20° isti olacağı ehtimal edilir.

31 İyul 2021 18:19 - EKOLOGİYA
EKOLOGİYA
21 Sentyabr 2021 | 18:06
Sabahın HAVA PROQNOZU
20 Sentyabr 2021 | 18:16
Sabahın hava proqnozu
15 Sentyabr 2021 | 18:14
Sabahın HAVA PROQNOZU
14 Sentyabr 2021 | 18:14
Sabahın HAVA PROQNOZU
13 Sentyabr 2021 | 18:15
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə