Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səfir: Çin nəqliyyat və İKT sahəsində Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməyə hazırdır

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevlə Çin Xalq Respublikasının Azərbaycandakı səfiri xanım Quo Min arasında görüş keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Xalq qəzeti"nə bildirilib ki, görüşdə ölkəmizdən keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyinin, tranzit marşrutu üzrə hərəkət edən Çin-Avropa yük ekspresinin effektivliyinin artırılması, eləcə də nəqliyyat sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsinə dair müzakirə aparılıb.

Eyni zamanda, poçt sahəsində beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə predmeti olub.

Görüş zamanı Çin şirkətlərinin süni intellekt və digər böyük məlumatlar (big data) texnologiyaları sahəsindəki təcrübəsinin öyrənilməsi və onlarla əməkdaşlığın qurulmasında maraqlı olduğumuz diqqətə çatdırılıb.

Səfir Quo Min Çinin həm nəqliyyat, həm də İKT sahəsində Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməyə, o cümlədən Çin-Avropa marşrutunda ölkəmizin tranzit imkanlarının gücləndirilməsini dəstəkləməyə hazır olduğunu bildirib.

31 İyul 2021 12:00 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə