Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tokio Olimpiadasının doqquzuncu günündə boksçumuz Cavid Çələbiyev növbəti döyüşünə çıxacaq

"Tokio-2020" Yay Olimpiya Oyunları davam edir. Olimpiadanın doqquzuncu günündə - iyulun 31-də də Azərbaycanın 1 idmançısı mübarizə aparacaq.

Boks yarışlarında təmsilçimiz Cavid Çələbiyev (63 kq) növbəti döyüşünə çıxacaq. İdmançımız səkkizdəbir final mərhələsi çərçivəsində ermənistanlı Hovhannes Baçkov ilə qarşılaşacaq. Döyüş Bakı vaxtı ilə saat 07:36-da başlayacaq.

Boks millimizin digər üzvü Alfonso Dominges (81 kq) Olimpiadanın yarımfinal mərhələsinə yüksəlməklə ən azı bürünc medalı təmin edib.

Qeyd edək ki, Azərbaycan komandasının aktivində 1 medal var. Belə ki, qadın cüdoçumuz İrina Kindzerska (78 kq-dan yuxarı) Tokio Olimpiadasında bürünc medala sahib olub.

Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.

31 İyul 2021 09:32 - İDMAN
İDMAN
24 Oktyabr 2021 | 01:02
Həftənin ən yaxşısı

Köhnə versiyamızdan xəbərləri izlə