Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Gənclik” ASC-nin 2019-cu il dekabrın 31-nə illik hesabatı

2.1.1 Emitentin tam və qısaldılmış adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), dövlət qeydiyyatının tarixi və nömrəsi

“Gənclik” Açıq Səhmdar Cəmiyyəti, “Gənclik” ASC, (VÖEN 1500265291) qeydiyyat tarixi 1 iyun 2006-cı il, qeydiyyat №46

2.1.2 Emitentin hüquqi ünvanı və olduğu yer;

Bakı, Nərimanov rayonu, Olimpiya küçəsi 6

2.1.3 Emitentin adında dəyişikliklər olduqda, emitentin bütün əvvəlki adları, habelə onların qeydiyyata alındığı tarixlər, emitentin digər hüquqi şəxsin bölünməsi və ya tərkibindən ayrılması şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxsin adı, emitent hüquqi şəxslərin birləşməsi və ya çevrilmə şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxslərin adları;

“Gənclik”Açıq Tipli Səhmdar Cəmiyyəti, “Gənclik” ATSC, qeydiyyat tarixi 24 aprel 1998-ci il, qeydiyyat № D-2658;

“Gənclik”Açıq Tipli Səhmdar Cəmiyyəti, “Gənclik” ATSC, qeydiyyat tarixi 19 fevral 1999-cu il, qeydiyyat № 46;

2.1.4 Emitentin hesabat dövrü ərzində yaranmış və ləğv edilmiş filialları və nümayəndəliklərinin adları; olduqları yer və qeydiyyatları haqqında məlumatlar;

Olmayıb

2.1.5 Emitentin hesabat dövrü ərzində yaranmış və ləğv edilmiş hər bir törəmə cəmiyyətinin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, qeydiyyatı haqqında məlumatlar, nizamnamə kapitalında emitentin payı, hüquqi şəxsin emitentin törəmə cəmiyyəti hesab edilməsi üçün əsas olan müqavilənin bağlanma tarixi və quvvədə olma müddəti;

Olmayıb

2.1.6 Emitent şirkətlər qrupunun bir hissəsi olduğu təqdirdə qrupun adı;

Deyil

2.1.7 Emitentin məşğul olduğu fəaliyyət istiqamətləri;

İdman xidmətinin göstərilməsi

2.1.8 Emitent lisenziya və ya icazəyə malik olduqda, onlar üzrə fəaliyyət növləri və qüvvədə olma müddətləri;

Malik deyil

2.1.9 Emitentin təklif etdiyi məhsullar və xidmətlər;

İdman xidməti

2.1.10 Emitentin işçilərinin sayı və onun rüblük dinamikası;

İşçilərinin orta illik sayı 30 nəfər

2.1.11 Emitentin idarəetmə orqanları haqqında məlumat: direktorlar şurası (müşahidə şurası) (olduqda), icra orqanı, audit komitəsi (olduqda), onların üzvlərinin adları, soyadı, atasının adı

Müşahidə şurası:

müşahidə şurasının sədri- Fərzəliyev İlham Rafayıl oğlu;

müşahidə şurasının üzvləri:

İslamov Müslüm Mikayıl oğlu,

Qəhrəmanov Süleyman Aslan oğlu

İcra orqanı-direktor- Mehtiyeva Laləzar Həmid qızı

2.1.12 Emitentin fiziki və hüquqi şəxs olan səhmdarlarının ayrı-ayrılıqda sayı

Fiziki şəxs – 56 nəfər

2.1.13 Emitentin nizamnamə kapitalının on beş faizi və daha artıq həcmdə səsli səhmlərinə malik olan şəxslər (fiziki şəxsin soyadı, adı, atasının adı; hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan səhmlərin sayı (səhmlərin hər növü üzrə ayrı-ayrılıqda göstərilir) və emitentin nizamnamə kapitalında payı;

Babayev Kamal Ələkbər oğlu – 41,81 % (288500)

Babayev Tahir Kamal oğlu – 20,85 % (143858)

Babayeva Rəna Kamal qızı – 15,00 % (103500)

Əsədulla Çingiz Rauf oğlu – 20,85 % (143918)

2.1.14 Nizamnamə kapitalında emitentin payı beş faizdən az olmayan hüquqi şəxslər (hüquqi şəxsin adı, olduğu yer, VÖEN-i, nizamnamə kapitalında emitentin payı);

Hüquqi şəxslər yoxdur

2.1.15 Emitentin səhmdarlarının hesabat dövrü ərzində keçirilmiş yığıncaqları barədə məlumat:

Səhmdarların ümumi yığıncağı 2019-cu il aprelin 19-da keçirilmişdir.

2.1.15.1 Yığıncağın keçirilmə tarixi və yeri (ünvan)

19 aprel 2019-cu il. Bakı, Nərimanov rayonu, Olimpiya küçəsi 6.

2.1.15.2 Ümumi yığıncağda qəbul edilmiş qərarlar

1. 2018-ci ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə müfəttişin hesabatı oldu.

2. Cəmiyyətin 2018-ci maliyyə-təsərrüfat ilinin nəticələrinin və 2018-ci il üzrə illik maliyyə hesabatının müzakirəsi və təsdiqi oldu.

3. 2019-cu il mayın 1-dən Ə.Ə. Teymurov cəmiyyətin müfəttişi vəzifəsinə təsdiq olundu.

2.1.16 Emitentin dövriyyədə olan investisiya qiymətli kağızlarının buraxılışları haqqında məlumat (investisiya qiymətli kağızların hər buraxılışı ayrı-ayrılıqda göstərilir)

Dövriyyədə olan qiymətli kağızlar- səhmlər

2.1.16.1 İnvestisiya qiymətli kağızın növü və forması

Adi, adlı səhm, sənədsiz

2.1.16.2 İnvestisiya qiymətli kağızlar buraxılışının dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi

№ 725/ A 21.05.98

2.1.16.3 İnvestisiya qiymətli kağızların miqdarı və nominal dəyəri

690092 1 manat

2.1.16.4 İnvestisiya qiymətli kağızlar buraxılışının məcmu nominal dəyəri

690092

2.1.16.5 Hesabat ili ərzində emitent tərəfindən səhmlər üzrə ödənilmiş dividendlər haqqında məlumat (hesabat ilində səhmlərin hər növü üzrə ödənilmiş dividendlərin məbləği göstərilir)

Dividendlər ödənilməyib, 2019-cu ilin yekunlarına görə zərər əldə olunub.

2.1.16.6 Faizli istiqrazlar buraxılışı haqqında məlumatda- istiqrazlar üzrə gəlirliyin illik faiz dərəcəsi

Olmayıb

2.1.16.7 İnvestisiya qiymətli kağızların yerləşdirildiyi və ya tədavüldə olduğu fond birjasının adı və olduğu yer (olduqda)

Olmayıb

2.1.17 Emitent tərəfindən bağlanmış xüsusi əhəmiyyətli əqdlər barədə məlumatlar

Olmayıb

2.1.17.1 Əqdin məbləği

2.1.17.2 Hesabat tarixinə əqdin ödənilməmiş hissəsi

2.1.18 Emitent tərəfindən aidiyyəti şəxslərlə bağlanmış əqdlər barədə məlumatlar:

Olmayıb

2.1.18.1 Bağlanmış əqdin mahiyyəti, tarixi və məbləği;

2.1.18.2 Aidiyyəti şəxs barədə məlumat və emitentlə aidiyyət əlaqəsi;

2.1.19 İllik hesabatın təsdiq edildiyi ümumi yığıncağın tarixi

23 iyul 2021-ci il

2.1.20 İllik hesabatın açıqlanma mənbəyi haqqında məlumat

“Xalq qəzeti”

 

2019-cu il dekabrın 31-nə məcmu gəlir haqqında hesabat (xərclərin xüsusiyyətləri üzrə təsnifləşdirilməsi)

manatla

2018-ci il

2019-cu il

Əməliyyat fəaliyyətindən gəlirlər

286570.65

328956.09

Digər əməliyyat gəlirləri

17900,00

26460.00

Cəmi gəlirlər

304470,65

355416.09

Əmək haqqı və işçilərlə bağlı digər ödənişlər

177267,90

184693.64

Mal-material ehtiyatlarının silinməsi

13358,15

16263.97

Əmlak və avadanlığın köhnəlməsi

451,74

59716.18

Digər xərclər

115149,63

123257.06

Xərclər

306227,42

383930.85

Əməliyyat mənfəəti (zərəri)

-1756,77

-28514.76

Mənfəət vergisindən əvvəl mənfəət (zərər)

-1756,77

-28514.76

Mənfəət vergisi xərcləri

-273,35

-5614.95

Hesabat dövründə xalis mənfəət (zərər)

-1483,42

-22899.81

İlin əvvəlinə kapital ehtiyatları

70274.21

60709,54

Yenidənqiymətləndirilmənin dəyəri

49744599.54

Vergi məcəlləsilə istifadə edilməmiş və silinmiş güzəştə uyğun təxirə salınmış vergi

-8081,25

-22502.88

İlin sonuna kapital ehtiyatları

60709,54

49759906.39

       

 

2019-cu il dekabrın 31-nə maliyyə vəziyyəti haqqında hesabat

2018-ci il

2018-ci il

2019-cu il

2019-cu il

AKTİVLƏR

Uzunmüddətli aktivlər

Qeyri-maddi aktivlər

287,03

258.33

Torpaq, tikili və avadanlıqlar

377521,68

50784482.50

Tikilməkdə olan torpaq, tikili və avadanlıq

644090,92

22140.30

Təxirə salınmış vergi aktivləri

58955,52

42067.59

Sair uzunmüddətli aktivlərGələcək dövrün xərcləri

323521,23

196523.26

CƏMİ UZUNMÜDDƏTLİ AKTİVLƏR

1404376,38

51045471.98

Qısamüddətli aktivlər

Ehtiyatlar

23864,05

23013.65

Qısamüddətli debitor borcları

15866,68

21220.75

Pul vəsaitləri və onların ekvivalentləri

3075,58

28246.75

Sair qısamüddətli aktivlər

0,00

0,00

Sair qısamüddətli aktivlər Gələcək dövrün xərcləri

114092,79

69592.59

CƏMİ QISAMÜDDƏTLİ AKTİVLƏR

156899,10

142073.74

CƏMİ AKTİVLƏR

1561275,48

51187545.72

KAPİTAL VƏ ÖHDƏLİKLƏR

Kapital

Ödənilmiş nominal (nizamnamə) kapitalı

690092,00

690092,00

Kapital ehtiyatları

62192,96

49782806.20

Bölüşdürülməmiş mənfəət ( zərərlər)

-1483,42

-22899.81

CƏMİ KAPİTAL

750801,54

50449998.39

Uzunmüddətli öhdəliklər

Sair uzumüddətli öhdəliklərGələcək dövrün gəlirləri

323521,23

196523.26

Digər uzumüddətli öhdəliklər

363844,44

461844.44

CƏMİ UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR

687365,67

658367.70

Qısamüddətli öhdəliklər

Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər

235,40

498.98

Qısamüddətli kreditor borcları

10358,46

10721.91

Sair qısamüddətli öhdəliklər Gələcək dövrün gəlirləri

112514,41

67958.74

CƏMİ QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR

123108,27

79179.63

CƏMİ ÖHDƏLİKLƏR

810473,94

737547.33

CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR

1561275,48

51187545.72

           

 

2019-cu il dekabrın 31-nə pul vəsaitlərinin hərəkəti haqqında hesabat

2018-ci il

2019-cu il

Əməliyyat fəaliyyətindən pul vəsaitləri

Əməliyyat fəaliyyətindən mənfəət (zərər)

-1756,77

-28514.76

Üstəgəl əmlak və avadanlığın köhnəlməsi

451,74

59716.18

Çıxılsın silinmiş istifadə edilməmiş vergi məcəlləsilə güzəştdən yaranmış təxirə salınmış vergi

8081,25

22502.88

Aşağıdakı maddələr üzrə baş verən dəyişikliklər

Çıxılsın debitorların artması

1923,51

5354.07

Üstəgəl gələcək dövrün xərclərinin azalması

31686,21

171498.17

Üstəgəl ehtiyatların artması

1160,27

850.40

Üstəgəl kreditorların artması

62,76

363.45

Çıxılsın gələcək dövrün gəlirlərinin azalması

31695,82

171553.64

Əməliyyat fəaliyyətində pul vəsaitləri

-12416,91

4502.85

Çıxılsın ödənilmiş vergi

-9151,60

-22766.46

Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti

-3265,31

27269.31

İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti

Uzunmüddətli aktivin əldə olunması

102821,11

100098.14

Çıxılsın tikilməkdə olan torpaq, tikili və avadanlıqların azalması

Uzunmüddətli aktivin əldə olunması ilə bağlı pul vəsaitlərinin xaric olması

102821,11

100098.14

İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti

-102821,11

-100098.14

Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin hərəkəti

Borc şəklində alınmış məbləğlərdən yaranan pul vəsaitlərinin daxilolmaları

102000,00

98000.00

Maliyyələşdirmə fəaliyyətindən pul vəsaitlərinin xalis hərəkəti

102000,00

98000.00

Pul vəsaitlərinin və onların ekvivalentlərinin artması-azalması

-4086,42

25171.17

Pul vəsaitlərinin və onların ekvivalentlərinin ilin əvvəlinə

7162,00

3075,58

Pul vəsaitlərinin və onların ekvivalentlərinin ilin sonuna

3075,58

28246.75

       

 

2019-cu il dekabrın 31-nə kapitalda dəyişikliklər haqqında hesabat

Ödənilmiş aksioner kapital

Digər ehtiyatlar

Kapital ehtiyatları

Yenidən qiymətlən-dirmənin dəyəri

Vergi məcəlləsilə istifadə edilməmiş və silinmiş güzəştə uyğun təxirə salınmış vergi

Bölüş-dürül-məmiş mənfəət

Cəmi kapital

 

2019-cu il yanvarın 1-nə qalıq

690 092,00

60709.54

750 801,54

Hesabat dövründə xalis mənfəət (zərər)

-22899.81

-22899.81

Yenidən qiymətlən-dirmənin dəyəri

49744599.54

49744599.54

Vergi məcəlləsilə istifadə edilməmiş və silinmiş güzəştə uyğun təxirə salınmış vergi

-22502.88

-22502.88

Dividendlər

2019-cu il dekabrın 31-nə

690 092,00

60709.54

49744599.54

-22502.88

-22899.81

50449998.39

                               

 

MÜSTƏQİL AUDİTORUN HESABATI

“GƏNCLİK” ASC-nin RƏHBƏRLİYİNƏ

Rəy

1.Biz, “GƏNCLİK” ASC-nin (bundan sonra şirkət adlandırılacaq) 2019-cu il dekabrın 31-nə maliyyə vəziyyəti haqqında hesabatdan, məcmu gəlirlər haqqında hesabatdan, kapitalda dəyişikliklər haqqında hesabatdan və göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.

Bizcə, əlavə edilmiş maliyyə hesabatları şirkətin 2019-cu il dekabrın 31-nə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.

Rəy üçün əsaslar

2. Biz, auditi Beynəlxalq Audit Standartlarına (BAS-lara) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “ Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalarla Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının “Etika məcəlləsinin” (İESBA məcəlləsi) tələblərinə uyğun şirkətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu və ya İESBA məcəlləsinin tələblərinə uyğun yerinə yetirmişik. Bizcə, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Əsas audit məsələləri

3. Əsas audit məsələləri bizim peşəkar mühakiməmizə görə cari dövrün maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının auditi baxımından və maliyyə hesabatlarına aid rəyimizin formalaşdırılmasında bütövlükdə nəzərə alınmış və biz bu məsələlərə aid ayrılıqda rəy vermirik.

Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

4. Rəhbərlik maliyyə hesabtlarının İFRS (beynəlxalq maliyyə hesabatları standartlarına) uyğun olaraq ha­zırlanmasına , düzgün təqdim edilməsinə rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik şirkəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olma­dığı, yaxud bunu etməkdən başqa münasib alternativ yaranmadığı halda, rəbərlik şirkətin fasiləsiz fəaliyyət göstərmək qabliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər şirkətin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyırlar.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

5.Bizim məqsədimiz təqdim edilmiş maliyyə hesabatlarında bir tam kimi dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olub-olmadığına aid kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlasın. Təhriflər, dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda, yaxud məcmu şəkildə istifadəçilərin təqdim edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmək ehtimalı yarandığı halda əhəmiyyətli hesab olunur.

“F.N.Audit Servis” MMC-nin direktoru- Fuad Əliyev

Bakı, Azərbaycan Respublikası 23 mart 2020-ci il

31 İyul 2021 00:01 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
18 Sentyabr 2021 | 00:32
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə