Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyada 4 milyard 70 milyondan çox koronavirus əleyhinə vaksin vurulub

İyulun 30-dək dünya üzrə COVID-19 virusuna qarşı vurulan peyvənd dozalarının sayı 4 milyard 70 milyonu ötüb.

 "Xalq qəzeti" vaksinasiyanın statistikasını aparan "Ourworldindata.org" saytına istinadla xəbər verir ki, hazırda Çin dünyada ən çox peyvənd vurulan ölkədir - 1 milyard 620 milyon doza. Bu göstəriciyə görə ikinci və üçüncü yerlərdə qərarlaşan Hindistanda 456 milyon 33 min, ABŞ-da 344 milyon 70 min doza peyvənd vurulub.

Vurulan vaksin dozalarının sayına görə ilk onluğa, həmçinin Braziliya (140 milyon 30 min), Almaniya (91 milyon 570 min), Böyük Britaniya (84 milyon 520 min), Yaponiya (84 milyon 10 min), Türkiyə (72 milyon 61 min), Fransa (71 milyon 910 min) və İtaliya (67 milyon 540 min) daxildir.

COVID-19 pandemiyasının statistikasını aparan "Worldometers" portalının məlumatına əsasən, hazırda dünya üzrə 197 milyon 525 mindən çox yoluxma qeydə alınıb, 4 milyon 218 mindən çox insan isə həyatını itirib.

30 İyul 2021 19:55 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə