Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 472    Bakı şəhəri, 6 noyabr 2018-ci il


“Azərbaycan  Respublikasının  Dövlət  Statistika  Komitəsi yanında Statistika Şurasının  yeni  tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər  Kabinetinin 2016-cı il 15 sentyabr tarixli 346 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: 
“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 15 sentyabr tarixli 346 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1573; 2017, № 2, maddə 309, № 12 (II kitab), maddə 2559; 2018, № 3, maddə 602, № 6, maddə 1375) 1-ci hissəsinin “Şuranın üzvləri” bölməsində  “Cəbrayıl Fərid Zəbiyulla oğlu - Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Risklərinin Təhlili və Nəzarəti Departamentinin baş direktorunun müavini” sözləri “Rəhimli Elşən Moqif oğlu - Azərbaycan Respublikası Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktorunun müavini” sözləri ilə əvəz edilsin.  

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə